Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)

Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
Artıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti ilə bağlı planlarını da qurmağa başlayıb.

BiG.AZ bakuws-ə istinadən xəbər verir ki, planlar isə daha çox qiymətlərə, dəniz və ya təbiət turizmi seçiminə görə dəyişə bilir.

Son illər azərbaycanlılar istirahət üçün daha çox xaricə üz tutsalar da, əksinə əcnəbilər ölkəmizə daha çox gəlməyə başlayıblar. Onlar daha çox bölgələrdə təbiət turizminə üstünlük verirlər. Yerli əhali bölgələrdə turizm obyektlərində qiymətlərindən yüksək olmasından şikayətlənsə də, elə yerlərdə istirahət edənlərin sayı heç də az deyil.

Millət vəkili Naqif Həmzəyev adətən istirahətini Azərbaycanın dilbər guşələrində keçirməyə üstünlük verdiyini bildirib və digər insanlara da istirahət üçün ayırdığı vəsaiti Azərbaycanda xərcləməyi tövsiyə edib: “İstirahət üçün xərclədiyimiz pulun xaricə çıxmasının qarşısını almalıyıq. Bununla da ölkədaxili turizmə dəstək olarıq”.

Deputat Aydın Mirzəzadə də bir qayda olaraq Azərbaycanda istirahət etdiyini söyləyib: “Əslində deputat üçün istirahət anlayışı yoxdur. Telefonlarımız daima açıqdır. Media nümayəndələri və vətəndaşlar daima zəng edirlər. Böyük ehtimalla Bakıda olacağam. Arada ailəmlə birlikdə rayonlara da səfər edəcəyik”.

Aqil Abbas isə Azərbaycanı onsuz da gəzdiyini, imkanı olarsa, Türkiyəyə getməyi düşündüyünü deyib. Deputat Oranı maşınla qarış-qarış gəzmək istədiyini bildirib.

Millət vəkili Azər Badamov hər turizm mərkəzinin özünə uyğun təqdim etdiyi xidmətlər olduğunu qiymətlərin də hamını qane edəcək səviyyədə olduğunu söyləyib: “Bir neçə ildir ki, istirahətimi Azərbaycanda keçirirəm. Çünki Azərbaycanda istirahət üçün çox gözəl şərait yaradılıb. Gözəl hotellər tikilib, istirahət zonası salınıb. Mənim təmsil etdiyim Qusar da turizm bölgəsidir. Belə gözəl təbiətə malik yeri qoyub harasa istirahətə getməyi düzgün saymıram. Mən də yayı öz rayonumuzda keçirəcəyəm”.

Gövhər Baxşəliyeva isə Bakıda bağ evində istirahət edəcəyini deyib.

Tahir Rzayev də Azərbaycan olacağını vurğulayıb, lakin hələlik hansı bölgədə olacağını dəqiqləşdirməyib.

Millət vəkili Elman Məmmədov Bakıda və Goranboyda istirahət etməyi xaricə getməkdən üstün tutub: “Elə insanlar var ki, Azərbaycanımızın heç 30 faizini də tanımır. Ölkəmizi gəzmək, tanımaq, şəfalı yerlərində gəzmək xaricə getməkdən daha üstündür”.

Zaqatala-Balakən bölgəsindən parlamentə deputat seçilən Kamilə Əliyeva isə ailəsi ilə birlikdə daha öncə heç olmadığı rayonlara səfər edəcəyini deyib: “Azərbaycanda hər bir şəraiti olan turizm məkanlarımız var. Həm maddi, həm də təhlükəsizlik baxımından Azərbaycanda istirahət etməyin öz üstünlüyü var”.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 668 Tarix: 25.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər