"Bazarlığa getməmişəm, çörəyin qiymətini belə bilmirəm"- Aparıcı Seyranla SƏMİMİ MÜSAHİBƏ

"Bazarlığa getməmişəm, çörəyin qiymətini belə bilmirəm"- Aparıcı Seyranla SƏMİMİ MÜSAHİBƏBiG.AZ-ın bu günki müsahibi Lider televiziyasının tanınmış aparıcısı Seyran Əliyevadır.

Xoş gəlmisiz, Seyran xanım! Ötən dəfəki müsahibəmiz böyük səs-küyə səbəb oldu. Bu dəfə də səmimi müsahibə verəcəyinizə inanıram.

Televiziyalarda şəxsi həyatın gündəm olması sizi narahat edir?

- Təşəkkür edirəm. Siz hər dəfə çox çətin suallarla məni qarşı-qarşıya qoyursuz (Gülür). Əlbəttə, efirlərdə insanların şəxsi həyatı niyə gündəm olmalıdır axı?! Ümumiyyətlə, məni ən çox narahat edən şeylər intihar və zorlanma xəbərlərinin yayılmasıdır. Belə xəbərlər yayıldıqca insanların psixologiyasına təsir göstərir. Mən özüm belə şeyləri oxuyanda səhərə kimi yata bilmirəm.

Nə zamansa intihar etmək barədə düşünmüsüz?

- Xeyr, heç vaxt! Mən atam kimi əziz bir insanımı itirmişəm, atam həyatdan köçəndə ölmədimsə başqa hansı səbəb məni öldürə bilər? Allahdan başqa heç nə canımı ala bilməz. İnsanları səbrli olmağa çağırıram.

Bir az günümüzün ən aktual problemlərindən olan xəyanət barəsində danışaq. Xəyanəti bağışlayarsız?

- Qısacası, bir söz deyim biləsiniz. Sevən insan heç vaxt xəyanət etməz.

Yaxın zamanda ailə qurmaq planlaşdırırsınız?

- Əlbəttə, bir bacım ailəlidir, digər bacım nışanlıdır. Mən də istəyərəm ailə qurum. Özüm də qaynana ilə qalmağı çox arzu edirəm. Böyüklü evi sevirəm.

Həyat yoldaşınızın qadağalarına necə reaksiya verərsiniz? Əgər, efirdən getməyinizi istəyərsə razı olarsız?

-Əlbəttə, razı olaram. Mənim üçün ən birinci ailədir. Ümumiyyətlə, sevgi qarşılıqlıdırsa hər şeyə dözürsən.

Həccə getmək, hicab bağlamaq kimi bir arzunuz var?

- Çox istəyərəm, Allaha çox bağlıyam. Ən böyük arzularımdandır ki, Namaz qılmağı Allah mənə nəsib etsin. Başımı bağlamasam da, Quran tez-tez oxuyuram. Hətta telefonuma belə yükləmişəm. Hər gün bir səhifəsini oxuyuram.

Evdə bazarlığa siz gedirsiz?

- Yox, heç vaxt getməmişəm. Düzünü deyim ki, heç çörəyin qiymətini bilmirəm. Marketə getmədiyim üçün məlumatım yoxdur.

Sosial şəbəkədə bir dəfə qarşıma çıxdı ki, 6 min evroya paltar geyinmisiz. Doğrudur?

-Mən sevmirəm geyimlərinin qiymətini deməyi, amma ən ucuz geyimim 20-30 manatdır. Bahalı geyimləri hər halda o qiymətə özüm almaram. Yəqin ki, dostlarım hədiyyə edən olub. Amma, o qiymətə geyimim olmayıb. Çünki mənim o imkanım yoxdur.

Tez-tez hədiyyələr alırsız?

- Sosial şəbəkədə olan izləyicilərim tez-tez hədiyyə göndərirlər.

Hazırda ən böyük arzunuz nədir?

- Əslində arzularım çoxdur. Ən böyük arzum isə ailə qurum, övladım osun.

Ötən dəfə Naz Mila ilə bağlı dediyiniz sözlər əməlli - başlı qalmaqal yaratdı. Naza cavab vermək istəmədiniz. Tanınmış aktyor Səbuhi Xanlarov sizin adınız Naza cavab verdi. Reaksiyanız necə oldu?

- Çox sağ olsun, Səbuhi mənim dostumdur. Xətri mənim üçün əzizdir. Heç bilmirdim ki, Səbuhi ona cavab verib. Mənə də dostlarım göndərdi ki, həmin videoya baxım. Səbuhinin ürəyi istəyib edib.

Aparcılıqdan başqa qazanc yeriniz varmı?

-Yaxın zamanda yeni bir iş olacaq. Hələki bu haqda danışmaq istəmirəm. Həmin işlə bağlı danışıqlıqlar gedir. Hazır olsun sizə məlumat verəcəm.

Gözəl xanımsız aktrisa kimi filmlərə dəvət alırsız?

- Sözün açığı üç-dörd təklif gəlib. Mən Türkiyədə seriala çəkilmişəm. Hətta, mən Çukur serialına da aktrisa kimi dəvət almışdım. Sadəcə olaraq getmədim.

Sizə şəxsi həyatınızda və işlərinizdə uğurlar arzu edirik.

- Çox sağ olun, mən də sizə təşəkkür edirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1873   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116