Arvadının Facebook mesajlarını oxuyan ər dəhşətə gəldi - FOTO

Arvadının Facebook mesajlarını oxuyan ər dəhşətə gəldi - FOTO

Arvadının Facebook mesajlarını görən ər dəhşətə gəlib.

BiG.AZ milli.az-a istinadla xəbər verir ki, 4 uşaq atası olan kişi həyat yoldaşının Facebook hesabını yoxlayanda ona xəyanət edildiyini öyrənib.

10 illik xanımının Facebook-undakı mesajları oxuyan 33 yaşlı Seth Megow Chrissy adlı həyat yoldaşının bir neçə kişi ilə gizli münasibətinin olduğunu bilib.

19 yaşında Chrissy ilə tanış olan Seth Megow-un dediyinə görə son zamanlarda xanımının ona qarşı münasibətindən şübhələndiyi üçün onun şəxsi mesajlarını oxumaq qərarına gəlib və həyat yoldaşı Facebook-u açıq qoyub getdiyi vaxt onun yazışmalarına göz gəzdirib.

ABŞ-ın Corciya ştatında yaşayan Seth Megow-un dediyinə görə, arvadı 1 ildir ki, ona xəyanət edirmiş.

Onun bloqunda dərc etdiyi yazı ABŞ-da müzakirələrə səbəb olub. Kişiləri diqqətli olmağa çağıran Seth Megow-u qınayanlar da olub, dəstək çıxanlar da.
Arvadının Facebook mesajlarını oxuyan ər dəhşətə gəldi - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1852 Tarix: 24.05.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər