Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi

Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi

Bakıda orta məktəb şagirdi quldurluq edib.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan 2003-cü il təvəllüdlü Mustafazadə Yaqub Qaraş oğlu tanışı, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yaşayan 2005-ci il təvəllüdlü Heydərli Amin Səxavət oğlunu bıçaqla öldürməklə hədələyib. Bundan sonra M.Yaqub H.Aminin yaşadığı evə gəlib.

Mustafazadə Yaqub mənzilə daxil olaraq seyfdən 3690 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 207 Tarix: 24.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər