"Nəşi tabuta yerləşmirdi..." - Azərbaycanda faciəvi qəzada dünyasını dəyişən məktəblinin FOTOSU

"Nəşi tabuta yerləşmirdi..." - Azərbaycanda faciəvi qəzada dünyasını dəyişən məktəblinin FOTOSUXəbər verdiyimiz kimi, ötən gün Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

BiG.AZ xəbər verir ki, qəzada dünyasını dəyişənlərdən biri də 13 yaşlı Sevindik olub. Bu barədə jurnalist Türkan Məmmədli məlumat verib. O bildirib ki, Sevindik başından xəsarət alaraq rəhmətə gedib. Məktəblinin anası və xalası hazırda reanimasiyadadır:

"Baba, nənən ölsün ay baba" belə qışqırırdı 13 yaşlı nəvəsini itirən yazıq Elmira xala. Babasının adını daşıyırdı bu gün Yevlax-Xaldan yolunda qəzaya düşüb, dünyasını dəyişən Sevindik. Babasının ömrünün üçdə bir hissəsini yaşamayan, sevinci gözündə qalan, əzizlərini kədərə boğan Sevindik... Tələbələrlə bir avtobusda Mingəçevirdən gəlirdi, anası və xalası ilə birgə. Pəncərə tərəfdə oturub, ildırım sürəti ilə ötüb keçən yollara baxırdı, əcəl yaxınlaşırmış, sən demə. Qəfildən üzərində getdiyi təkər çıxıb, avtobus aşıb məhz o oturan hissədən.
Digər nə qədər adam varsa, hamısı babanın üstünə tökülüb. Başından ağır xəsarət alan uşaq, yerindəcə dünyasını dəyişib. Anası ilə xalası reanimasiyaya yerləşdirilib. Nə ananın baladan, nə balanın anadan xəbəri olmayıb. Ağır vəziyyətə olan ananı "Baba yaxşıdır" deyib, aldadırlar.
Babanı hər kəs ağlayırdı. Tabuta yerləşmirdi 7ci sinif şağirdi. Hündür, ətli-qanlı, MaşAllahı var idi, uşağın. Elə bil bir igid oğlanı aparırdılar. Birdə çox ağıllı imiş, dərslərini oxuyar, kişi kimi evə kömək də edirmiş, deyirlər. Gedişi ağır oldu, heç baba yurdundan sağollaşıb, gedə bilmirdi, balaca baba.
O kiçik taleyinə xəbər səhifələrində görünmək də yazılmışdı. Ölümü ilə manşet olan uşaq... "Gözün çıxsın, fələk" desəm, ayıb olmaz fələyə? Olmaz hər halda, 13 yaşlı balanı alıb aparmağı ayıb bilmədi amma".

Aysu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8198   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 801
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 338
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 0
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 168
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 710
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 126
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 565
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 503
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 0