Çingiz geriləməsindən danışdı - "Mənim üçün fərqi yoxdur"

Çingiz geriləməsindən danışdı - "Mənim üçün fərqi yoxdur"

“Çox qəribə bir şeydir. Mən nə eşitmişdim, nə də görmüşdüm. Müsabiqənin üstündən dörd gün keçib, indi dəyişiklik etdilər. Bu dəyişiklik isə birbaşa mənə təsir edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev deyib. O, “Telesəhər” proqramında qonaq olarkən yarışmada səslərin yenidən hesablanması və 8-ci pilləyə enməsi barədə danışıb:

“40 ölkənin heç bir iştirakçısına bu qədər təsir etmədi. Əsas Azərbaycanla Makedoniya arasında dəyişikliklər oldu. Bütün avropalılar mənə qarşı olunan haqsızlıqdan danışır. Deyirlər ki, ön sırada olmalıyam. Amma proseslər əksinə gedir. Mənim üçün isə heç bir fərqi yoxdur. Çünki birinci olmadım. Bundan sonra isə dəyişikliyin heç bir önəmi yoxdur”.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 823 Tarix: 23.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol