Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLAR

Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLARSon günlər dünya futbol ictimaiyyətində "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryan haqqında söz-söhbətlər səngimək bilmir.

Xatırladaq ki, erməni yarımmüdafiəçi təhlükəsizliklə bağlı məsələləri bəhanə gətirərək Avropa Liqasının Bakı finalında iştirak etməməyə qərar verib. Halbuki rəsmi Bakı həm UEFA, həm də "Arsenal" klubuna onun ölkədə olacağı müddətdə tam təhlükəsizliyi ilə bağlı zəmanət vermişdi.

Mxitaryanın bu qərarı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri onu bundan siyasi xeyir güdməkdə ittiham edib, bəziləri bundan əvvəl dəfələrlə Bakıya başqa erməni idmançıların gəldiyini və hər hansı problemin yaşanmadığını xatırladıb.

Məsələn, Cek "nikli" istifadəçi ( @hewson91) H.Mxitaryanın Bakıya səfər etməyəcəyi ilə bağlı bəyanatına belə cavab verib:

"Əgər nə vaxtsa Bakıda olmusansa, onun kifayət qədər təhlükəsiz olduğunu bilməlisən. Bir çox erməni atletlər Bakıya səfər edib, orada idman yarışlarında iştirak ediblər".
Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLARKanadadan olan Chidi Dibiat adlı istifadəçi (@chidilizo) isə bu qədər səs-küyün meydana gəlməsinin səbəbkarının Mxitaryanın özünün olduğunu hesab edir, belə ki, sonuncunun işğal altında olan Dağlıq Qarabağa səfər etməsini xatırladır.

"Ancaq hökumət onun təhlükəsizlikdə olduğunu hesab edir", - deyə kanadalı bildirib.

Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLARUelsdən olan başqa bir istifadəçi Endrü Ceyms (@andrewjames1927) Mxitaryanın yaranmış vəziyyətdən azərbaycanlılara qarşı siyasi təbliğat məqsədləri ilə sui-istifadə etdiyni qeyd edir.

"Avropanın istənilən yeri necə təhlükəsizdirsə, Bakı da elə təhlükəsizdir", - deyə istifadəçi yazır.

Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLARAvstraliyadan olan "Lotus" (@lotus2955) adlı istifadəçi (bu yaxınlarda özü Bakıda olub) Azərbaycan paytaxtının çox təhlükəsiz olduğunu yazır.

"Biz bu gözəl şəhərdə altı gün keçirdik. Bu, mənim il ərzində etdiyim ikinci səfərdir. Çox möhtəşəm məkandır, olduqca təhlükəsiz, son dərəcə təmizdir, insanları da mehribandır" .

Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLARKristofer Okonner adlı istifadəçi də eyni fikri bölüşür. O, Mxitaryanın Bakıya gələcəyi təqdirdə özünü doğma vətəni olan Ermənistandakından daha təhlükəsiz hesab edəcəyini vurğulayıb.

"Azərbaycan ən təhlükəsiz post-sovet ölkələrindəndir. Bakı hətta ola bilsin insanların tez-tez bıçaqlandığı Londondan təhlükəsizdir. Mikinin öz vətəni – Ermənistan daha az təhlükəsizdir. Mikinin ölkəsindən olan başqa oyunçular Avropa Liqası çərçivəsində Azərbaycanda oynayıb", -deyə o yazıb.

Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLAR"Ötən il hər hansı problemlə üzləşmədən Bakıda yarışmış erməni atletlərdən nəyi artıqdır? Onlar özlərini təhlükəsiz hiss edirdilərsə, niyə onun üçün bu mümkünsüz görünür? Axı onu tanınmamış adi atletlərdən daha yüksək səviyyədə qoruyacaqdılar", - deyə Stiven Qudhend (@SG100953) adlı istifadəçi yazır.

Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLARNigeriyalı istifadəçi Ebie Endrü Okoro (@passionateandy) bəzi istifadəçilərin matçı başqa ölkəyə köçürmək fikrinə cavabında, Bakının təhlükəsiz bir şəhər olduğunu vurğulayıb. O, hər hansı oyunçuya görə final oyununun keçiriləcəyi məkanın dəyişdirilməsinin mümkünsüz olduğunu qeyd edib.
Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLAR"Gordy" (GordySE1_R26) adlı istifadəçi Mxitaryanın Azərbaycanda tam təhlükəsizlikdə olacağını hesab edir.

"Kim deyəcək ki, o oynaya bilməz? Onun təhlükəsizlikdə olacağına hamı zəmanət verib. Bir çox erməni idmançılar son illər Azərbaycanda (yarışlarda) çıxış ediblər, hər hansı problem yaşanmayıb. Görünür, Bakıda oynamamağa qərar verməsinin şəxsi səbəbləri var".

Mxitaryan "Twitter"də tənqid atəşinə tutuldu - FOTOLARmənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1052   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880