"Universitetdə üstümə sönməmiş siqaret atdılar" - Şəhid Mübariz İbrahimovu təhqir edən psixoloq

"Universitetdə üstümə sönməmiş siqaret atdılar" - Şəhid Mübariz İbrahimovu təhqir edən psixoloqPsixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında sosial şəbəkələrdə yazdığı yazılarda, video-çıxışlarında səsləndirdiyi fikirlərdə təhqir və böhtan olub-olmamasına ekspertiza qərar verəcək. Mayın 22-də Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseyn həmin materialların ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.

BiG.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, bu qərar Mübariz İbrahimovun anası, N.Şahmarzadənin həbsini tələb edən Şamama İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmovun vəsatəti əsasında çıxarılıb. Ş.İbrahimova özü məhkəməyə gəlmədiyinə görə onu yalnız vəkili təmsil edib.

Ekspertiza qərarından əvvəl həm xüsusi ittihamçı Ş.İbrahimovanın vəkili, həm də təqsirləndirilən N.Şahmarzadə özü çıxış edib.

Vəkil bildirib ki, xüsusi ittiham qaydasında qaldırılmış iddianı müdafiə edir və N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyirlər.

N.Şahmarzadənin Facebook səhifəsindən yayılan yazının məzmunu haqda danışan vəkil bildirib ki, orada aşkar böhtan əlamətləri var: "Yazır ki, komandanlığın icazəsi olmadan sərhədi keçmişdi, əgər sağ qalsaydı belə, buna görə ona cinayət işi açılacaqdı. Bundan bir neçə gün sonra video paylaşır, məzmunu da təxminən belədir ki, "nə demişəmsə, düz demişəm, Mübariz günahsız insanları öldürüb, bu da cinayətdir. Bütün bunlar ağır cinayətdə ittiham etməklə böhtan atmaqdır".

İttihama münasibət bildirən N.Şahmarzadə özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb. Həmin statusda yazdıqlarını məhkəmədə elan edən psixoloqun sözlərinə görə, on gün sonra bir çox saytlar sözügedən statusu yenidən "Psixoloq Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdi" kimi başlıqlar altında paylaşmağa başlayıblar: "Sanki bir mərkəzdən göstəriş verilmişdi. Bundan sonra mənə qarşı linç kampaniyası sərt şəkildə davam etdirildi. Elektron poçtuma, telefonuma təhqir, hədə-qorxu, şərəf və ləyaqəti alçaldan mesajlar göndərildi, mənim adıma saxta profillər açıb, Azərbaycan kişilərinin, Mübariz İbrahimovun, ölkə prezidentinin və digər yüksək vəzifə sahiblərinin ünvanına təhqir dolu fikirlər paylaşmağa başladılar. Saytlar da araşdırma aparmadan bunları mənim fikrim kimi yayıb, mənə qarşı qəzəb və nifrət hissini daha da alovlandırdılar. Saytlardan birində mənim başıma 3 milyon 500 min pul qoyulması barədə yazı getmişdi".

Təhsil aldığı Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən də təzyiqə məruz qaldığını deyən danışan N.Şahmarzadənin sözlərinə görə, dekabrın 17-də universitetin prorektoru Sani Hacıyev ondan ictimaiyyətə açıq şəkildə Azərbaycan xalqından üzr istəməyi tələb edib. O isə imtina edib: "Prorektor dedi ki, "Mübarizi qəhrəman, ermənini də düşmən hesab etməyən şəxs bu universitetdə oxuya bilməz", universitetdə də kimsə mənə fiziki xətər yetirsə, universitet buna görə məsuliyyət daşımayacaq. Dərsdən çıxanda universitetin həyətində üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edən tələbələri döydülər. Taksiyə minib evə gedəndə arxadan ardımca gəlib, taksini saxlatdırdılar, pəncərəni döyüb "aç, bu vətən xainini maşınından düşürt!" deyə sürücüyə təzyiq göstərdilər".

Psixoloqun ifadəsindən sonra qarşı tərəfin vəkili ona "Mübariz İbrahimovu Azərbaycan kişilərinə nümunə hesab edirsinizmi?" sualını verib. N.Şahmarzadə suala belə cavab verib: "Mən pafosdan uzaqlaşıb, təhsilə fokuslanmağın tərəfdarıyam. Mən qəhrəmanlığı təhsildə uğur qazanmaqda görürəm. Mübariz İbrahimov haqqında statusdan az öncə bu barədə yazmışdım. Həmin statusda bir nəfərlə fikir ayrılığı yarandı, Mübariz İbrahimov haqqında yazdı. Ondan sonra mən də fikrimi izah eləmək üçün həmin statusu yazdım. Mən hərbiyə qarşıyam, sülh istəyirəm".
Məhkəmə prosesi ekspertizanın rəyi açıqlanana qədər təxirə salınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1264   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188