Avtomobili qəpiklərlə aldı, pulu 16 nəfər hesabladı - VİDEO

Avtomobili qəpiklərlə aldı, pulu 16 nəfər hesabladı - VİDEO
Çinin Hebey əyalətində yerli iş adamlarından biri 130 min yuan dəyərində (təxminən 18,8 min dollar) avtomobili qəpiklə alıb.

Bu barədə "South China Morning Post" yazır.

Məlumata görə, həmin şəxs "Volkswagen Passat"a sahib olmaq üçün bir yuan nominallı 131 492 qəpik ödəyib, məbləğin yerdə qalan hissəsini isə başqa vasitələrlə verib.

Avtomobili satan salonun menecerinin dediyinə görə, dəmir sikkələri 16 nəfər üç gün ərzində hesablayıb. Hər gün 08:30-da başlayıb, növbə ilə nahara çıxıblar, sonradan isə iş gününün sonuna kimi sayıblar.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 598 Tarix: 23.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol