Ürək tutması keçirən məşhura daha bir ŞOK: Arvadı xərçəngə yoluxdu - foto

Ürək tutması keçirən məşhura daha bir ŞOK: Arvadı xərçəngə yoluxdu - foto
İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas həyat yoldaşı Sara Karbonero xərçəng xəstəliyindən müalicə aldığını bəyan edib.

35 yaşlı xanım jurnalist sosial şəbəkə hesabında yumurtalıq xərçənginə yoluxduğunu bildirib.

"Həyat bizi yenidən təəccübləndirdi. Bir neçə gün öncə həkim müayinəsi zamanı vücudumda pis xassəli yumurtalıq şişinə rast gəlindi. Buna görə artıq əməliyyat edildim. Hər şey çox yaxşı getdi. Demək olar, şişi çox erkən aşkarladıq. Müalicəyə davam edirik. Sakitəm və hər şeyin yolunda gedəcəyindən əminəm. Bu yolun çətin olacağını ancaq xoş sonluqla bitəcəyini bilirəm. Ailəmin, dostlarımın və həkimlərin bütün varlıqları ilə yanımda olduqlarını bilirəm", - Karbonero qeyd edib.

Bir neçə gün öncə İker Kasilyas məşq zamanı ürək tutması keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.

Kasilyas və Karboneronun iki övladı var

mənbə: milli.az
Ürək tutması keçirən məşhura daha bir ŞOK: Arvadı xərçəngə yoluxdu - foto

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 981 Tarix: 22.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər