"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLAR

"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLAR"Qafqazinfo"nun budəfəki müsahibi "Bəyin oğurlanması" filimində yaratdığı Yasəmən obrazı ilə böyük tamaşaçı rəğbəti qazanan Natəvan Məmmədovadır. Uzun illərdir İsraildə yaşayan Natəvan xanım, Azərbaycandan getdiyi vaxtdan bu günədək, həyatında baş verən ən özəl məqamları ilk dəfə saytımıza danışdı. Natəvan Məmmədovanın müsahibəsini sizə təqdim edirik:

- Mərhum sənətkar Yaşar Nuri "Bəyin oğurlanması" filmində demişkən, "Hanı Yasəmən?"

- Yasəmən İsraildə... (gülür-red.)

- Məndə olan məlumata görə, siz 1997-ci ildə İsrailə köçmüsünüz. Bu böyük vaxt kəsiyi ərzində həyatınızda nələr baş verib?

Mən İsrailə 1998-ci ildə köçmüşəm, 2 ildən sonra Azərbaycana qayıtmışam, daha 2 il sonra isə yenidən İsrailə dönmüşəm. 21 il ərzində çox şey baş verdi: ailə həyatı qurdum, artıq oğlum da böyüyüb və yəqin ki, bir neçə ilə o da ailə həyatı qurar. Təzə-təzə Bakı üçün çox darıxırdım, amma tədricən öyrəşdim.

"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLAR- Hazırda İsraildə nə işlə məşğulsunuz?

Mən yəhudi olmadığımdan burada bəzi çətinliklərlə üzləşdim. İsraildə 1 ildən sonra işləmək hüququ aldım, 7 ildən sonra isə oranın vətəndaşı oldum. Tale elə gətirdi ki, vətəndaşlığımı aldıqdan sonra həyat yoldaşımdan ayrıldım. Həyat yoldaşım evlidir, bir oğlu var. Mən onunla bu günə kimi əlaqə saxlayıram. Memarlıq üzrə diplomum olmasına baxmayaraq, bəzi səbəblərdən burada memar kimi çalışa bilmədim. Uşaqlıqda isə həkim olmaq arzusunda idi. Təəssüf ki, valideynlərim ayrıldıqdan sonra anam təkbaşına məni oxuda bilmədi. Balım Memarlıq və İnşaat Universitetinə qəbul olmağım üçün yetərli oldu. Eyni zamanda, Bakıda nənəmin təcrübəli, yaşlı həkimi mənə masaj etməyi öyrətmişdi. Kunq-Fu Federasiyasında məşqçi olduğum müddətdə həmkarlarıma və tələbələrimə reabilitasiya masajı edirdim. Ona görə bu sahədə müəyyən bir təcrübəm var. Sonra İsraildə kurs keçdim və hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğulam, yəni iki peşəm var.

- Kunq-Fu-dan danışdınız. Sizin kimi zərif və incə qadını bu idman növü ilə məşğul olmağa vadar edən nə oldu?

Kunq-Fu çox qədim idman növüdür, Kunq-Fu bir fəlsəfədir. Brüs Li haqqında filmləri həmişə sevmişəm və düşünürdüm ki, mən də bu işlə məşğul olmalıyam. Biləndə ki, Azərbaycanda Kunq-Fu Federasiyası açılıb, qərara gəldim ki, oraya gedim. O vaxt 29 yaşım var idi. Müəllim Kunq-Fuya olan marağımın məqsədini öyrənəndə ona dedim ki, gələn il keçiriləcək Kunq-Fu çempionatının qalibi olmaq istəyirəm və bu, belə də oldu. Mən iki il ard-arda Azərbaycan çempionu oldum.

- Həyatda bu bacarığınızdan istifadə etmisinizmi?

Xeyr, insanları döyməyi sevmirəm, amma çox emosional olduğumdan yəqin ki, vura bilərəm. Sadəcə olaraq, Kunq-Fu ilə məşğul olmağım emosialarıma hakim olmağı öyrətdi. Kunq-Fu elə ona görə dərin fəlsəfə sayılır ki, döyüşdə döyüşsüz qalib gəlməyi öyrədir.

- Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz? Burada qohumlarınız, dostlarınız qalıbmı?

Əlbəttə. Səhv etmirəmsə, 2013-cü ildə Azərbaycana gəlmişdim. Valideynlərim ayrıldıqdan sonra atamla əlaqəni itirdim. Bir-birimizi çox axtardıq. Bir müddətdən sonra isə onun ikinci nikahından olan övladları məni sosial şəbəkə vasitəsilə tapdılar. Onlar mənə atamın ağır vəziyyətdə olduğunu söylədilər və dedilər ki, atam ölüm ayağındadır. Xoşbəxtlikdən, onlar məni vaxtında tapdılar və atamla skayp vasitəsilə danışa bildim. Atam böyük qəmli gözləri ilə uzun-uzadı mənə baxırdı. O, sanki, bu həyatdan köçməmişdən əvvəl məni yadda saxlamaq istəyirdi. 2012-ci ildə o, dünyasını dəyişdi. Qardaşım Bakıda, bir bacım Antalyada, o biri isə Gəncədə yaşayır. Mən isə oğlumla İsraildə yaşayıram. Oğlumun sevgilisi Sankt-Peterburqda yaşadığından, çox güman ki, o da onun yanına köçəcək. Hazırda İsraildə təkəm: mən və mənim işim.

"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLARFoto: Natəvan Məmmədova və oğlu

- Azərbaycanda bir neçə bədii filmdə rol almışdınız. Onlardan ən məşhuru "Bəyin oğurlanması"dır. Necə oldu ki, bu filmə çəkildiniz?

Balaca olanda "Yeralaş"a baxırdım və anama deyirdim ki, mən də oradakı uşaqlar kimi filmə çəkilmək istəyirəm. Anam Flora xanım isə o vaxt Bakıdakı moda evində çalışırdı və onlara şərq görünüşlü gənc modellər lazım idi. Mən də orada tikilən paltarları nümayiş etdirməyə başladım. Günlərin bir günü dahi rejissor Rasim Ocaqovun assistenti mənim şəkillərimi görüb, ona göstərmişdi. R.Ocaqov isə həmin dönəmdə "Park" filminə gənc qız axtarırdı və o, məni həmin filmə çəkməyə qərarına gəldi. Əslində, mən çəkilmək istəmirdim, çünki məqsədim ali məktəbə daxil olmaq idi. "Park" filminə çəkiləndən sonra digər rejissorlardan da dəvət almağa başladım. Beləliklə, daha üç filmdə: "17 yaşlı oğlan", "Tənha narın nağılı" və "Bəyin oğurlanması"na çəkildim.

- Xalq artisti Firəngiz Mütəllimova açıqlamalarının birində deyib ki, sizin simanız kinoya çox yaraşırdı. Necə oldu ki, siz bu sənətdən uzaqlaşdınız, kino sənətində nəyi bəyənmədiniz?

Bunu mənə həmişə deyirdilər, amma bununla razı deyildim. İndi həmin çəkildiyim filmlərə baxıram və düşünürəm ki, onlar düz deyirdilər. Bir neçə filmdə çəkildiyimə baxmayaraq, hiss edirdim ki, aktrisalıq mənlik deyil. Həyatda hər kəs öz arzusunun ardınca getməlidir. Aktyorluq çox ağır sənətdir. Hər dəfə yeni obraz yaratmaq, o obrazı yaşamaq çox çətindir. Firəngiz xanımın haqqımda dediyi fikirlər mənə xoş oldu, onu çox sevirəm.

"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLARFoto: "17 yaşlı oğlan" filmindən kadr

- Çəkildiyiniz hansı film hələ də sizdə xoş təəssürat yaradır?

- Cavanlığımla bağlı olan bütün filmlər məndə xoş təəssürat yaradır. Ümumiyyətlə, cavanlığımla, Azərbaycanla, Bakı ilə olan bütün xatirələr mənim üçün çox xoşdur.

- İsraildə yaşadığınız müddətdə sizinlə bir filmdə tərəf-müqabil olan sənətkarların bəziləri dünyasını dəyişib. Hansının vəfatı sizi daha çox təsirləndirdi?

- Düzünü deyim, mən Bakıda olanda Səməndər Rzayev artıq dünyasını dəyişmişdi. Yaşar Nurini ağır vəziyyətdə görmək isə mənə çox pis təsir etdi. Ümumiyyətlə, yaxın insanları itirmək həmişə çətindir. Bu hissləri sözlə çatdırmaq mümkün deyil. Mənim bütün xoş xatirələrim bu insanlarla bağlı idi və onları itirəndən sonra mənə yalnız xatirələr qaldı.

- Natəvan xanım, xoşbəxtsiniz?

- Zənnimcə, çox xoşbəxtəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5586   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda konsert verən Roza səhnədəki bu hərəkəti ilə GÜNDƏM OLDU - VİDEO

Müğənni Roza Zərgərli Naxçıvanda konsert proqramı ilə çıxış edib. Bizim.Media xəbər verir ki, sənətçinin Elşən adlı azyaşlı pərəstişkarı səhnəyə qalxaraq gözlənilmədən onun dodağından öpüb. Bundan sonra nə deyəcəyini bilməyərən fanat üzünü səhnəyə tutub və etdiyi hərəkətdən utanıb. Zərgərli isə fanatını

26.03.2024 959
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 505
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 717
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 610
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1214
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 711
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 307
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 597
.

Xoşqədəm arıqlayıb "bir dəri bir sümük" qaldı - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 8159