Yaşlı adam məsciddə bu halda yaxalandı /VİDEO

Yaşlı adam məsciddə bu halda yaxalandı /VİDEO
Türkiyənin Sparta bölgəsində baş verən bir oğurluq hadisəsi təhlükəsizlik kameralarına əks olunub.

Spartada yardımsevər camaatın köməyi ilə tikintisi davam edən Həzrəti Əli məscidinin bir hissəsi ibadətə açılıb. Bir yardımsevər məsciddəki metal kassaya bir miqdar pul bağışladığını bildirib. Daha sonra kassanı açan məscid işçiləri pulun yerində olmadığını görüb. Kassadakı pulun oğurlanmış olacağını düşünən dərnək rəhbərləri oğrunu yaxalaya bilmək üçün kassaya yenidən pul qoyublar. Bu pulun da oğurlandığını görən işçilər məscidə təhlükəsizlik kamerası yerləşdirib və növbə tutmağa başlayıb.

Məscidin tikintisi üçün toplanan yardım pullarını oğurlayan yaşlı adam təxminən 1 həftə davam edən növbədən sonra məscid işçiləri, məscid tikmə dərnəyinin üzvləri və vətəndaşların birgə çalışması ilə yaxalanıb. Hadisə polisə bildirilib və şübhəlinin 59 yaşlı M. A olduğu müəyyən olunub. məsciddəki metal kassadan 380 manat oğurlandığı bildirilib.

M. A polisə təslim edilib.

mənbə: metbuat


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 669 Tarix: 22.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol