Gəzintiyə getməyi təklif edən müəllimi vəhşicəsinə döydülər - Azərbaycanda

Gəzintiyə getməyi təklif edən müəllimi vəhşicəsinə döydülər - AzərbaycandaDaxili İşlər Nazirliyi Cəlilabadda döyülən müəllimlə bağlı məsələyə münasibət bildirib.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, rayonun Uzuntəpə kənd orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib:

"O, müraciətində mayın 16-da axşam radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında rayon Polis Şöbəsinin istintaq əməliyyat qrupu hadisə yerinə baxış keçirib.

Müvafiq ekspertiza təyin olunaraq rəyi alınıb və digər təxirəsalınmaz prosessual hərəkətlər icra olunub. Ekspertiza tərəfindən müəllimə yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olduğu müəyyən edilib".

Orxan Mansurzadə bəzi mətbuat orqanlarında müəllimin qıza sataşması ilə bağlı yazılanlar barədə də danışıb.

O bildirib ki, araşdırma zamanı hər iki tərəfin izahatı alınıb:

"Müəllimin bir qrup şəxs tərəfindən döyülməsinə səbəb olan yeniyetməyə sataşmaq məsələsi öz təsdiqini tapmayıb. Qarşı tərəf də müəllimin döyülməsini yaranmış əsassız şayiələrə inanmaları ilə izah edib və emosional olduqlarını bildiriblər. Tərəflər arasında barışıq əldə olunub".

Faktla bağlı Cinayətlə Məcəlləsinin müvafiq maddəsi ilə iş qaldırılıb. Hazırda istintaq aparılır.

Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma gedir.

12:20

Mayın 16-da təxminən axşam saat 10:00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşlı müəllim bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə Oxu.Az-a Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnsidentin görüntüsü bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində yayılıb. Zərərçəkən – həmin kəndin orta məktəb müəllimi, 1971-ci il təvəllüdlü Aqil Əzizovdur. Müəllim maşını ilə kəndə daxil olan zaman bir qrup yerli sakin onun yolunu kəsib.

Onlar A.Əzizovu avtomobildən düşməyə məcbur ediblər, sonradan yetkinlik yaşına çatmayan qızlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edərək, üzərinə hücum çəkiblər.

Nəticədə, A.Əzizov kəllə-beyin travması alıb. Bundan başqa, tibbi müayinə zamanı bədənində çoxsaylı qançırlar aşkarlanıb.

Bu arada, müəllim artıq Cəlilabad rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı artıq üç nəfər saxlanılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, doqquzuncu sinif şagirdləri A.Əzizovla birlikdə gəzintiyə getmək istədiklərini bildirib. Sonuncu şagirdlərinin bu təklifini dəstəkləyərək, gəzintiyə hazırlaşmağı tapşırıb.

Müəllimlə yeniyetmələr arasında söhbətin hansı formada aparıldığı hələlik məlim olmasa da, polisdən bildiriblər ki, müəllim tərəfindən hər hansı seksual xarakterli hərəkətlər olmayıb.

"Məktəbli qız evdə müəllimin kollektiv şəkildə gəzintiyə çıxmağı təklif etdiyini bildirib. Ancaq qızın qohumlarında müəllimin bu təklifi nədənsə şübhələr oyadıb. Bir sözlə, onlar heç bir şey aydınlaşdırmadan, müəllimin "dərsini vermək" qərarına gəliblər və onu linç ediblər", - deyə polisdən bildiriblər.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, ötən ilin aprel ayında Cəlilabad rayonunun Muğan kənd məktəbində müəllimin xadiməni zorlamaqda ittiham edilməsi ölkədə böyük səs-küy yaratmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888