"Spirtli içkimə narkotik qatıb məni döydü"

"Spirtli içkimə narkotik qatıb məni döydü"

Boşandığı aktrisa xanımı Ember Herdlə məhkəməlik olan Conni Deppin hüquq-mühafizə orqanlarına verdiyi ifadə mətbuatda dərc edilib.

Hollivud ulduzu yenə keçmiş həyat yoldaşına şiddət göstərmədiyini, Emberin yalan danışdığını qeyd edib:

"Yaydığı fotolardan görünür ki, üzündü ləkələr var. Guya şiddət göstərmişəm. Amma onu boya ilə edib. Son nəfəsimə kimi deyəcəm ki, Emberə şiddət göstərməmişəm. Nə xanımıma, nə də başqasına belə bir şey etmərəm. Əslində günahkar göstərilən və əziyyət çəkən mənəm. O, narkotiki spirtli içki ilə qarışdırıb mənə verdi, daha sonra şiddət göstərdi. Bunun şahidləri var. Yaralanmışdım".

Qeyd edək ki, aktyor hazırda məişət zorakılığı və barmağının uc hissəsinin qopması iddiası ilə Herddən 50 milyon dollar təzminat tələb edir.(Qafqazinfo)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1124 Tarix: 22.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol