Prezident: "Çalışırıq ki, dolanışıq daha yaxşı olsun"

Prezident: "Çalışırıq ki, dolanışıq daha yaxşı olsun"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı zamanı qəsəbə sakinləri ilə görüşərək söhbət edib.

Dövlət başçısının sakinlərlə söhbətini təqdim edir.

Prezident İlham Əliyevi salamlayan Sabunçu qəsəbəsinin sakini Arazxanım MƏRDANOVA dedi:

- Bizim Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bu gün Sizin sayənizdə burada möhtəşəm dəmir yolu vağzalı açılır. Siz bunları xalqımızı, övladlarımızı düşünüb edirsiniz. Allah Sizə cansağlığı versin. Siz Ulu Öndərimizin davamçısısınız. Biz Sizə güvənirik, Azərbaycanımız Sizə güvənir. Siz bizim böyük dayağımızsınız. Sakinlər adından Sizə "Sağ olun!" deyirik.

Prezident İlham ƏLİYEV dedi:

- Çox sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, bu gün bu gözəl vağzal kompleksi istifadəyə verilir. Çox gözəl binadır. Bu binanın tikintisi bir daha onu göstərir ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir. Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın. Dünyanın ən qabaqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayanacaqları da yenidən qurulub. Bu vağzal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox böyük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alınacaq. Metro tikintisi gedir, yeni vaqonlar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastrukturumuz kompleks şəkildə yenilənir. Sizdə işlər necədir?

Sakinlər: Sağ olun, minnətdarıq.

Prezident İlham ƏLİYEV: Həllini gözləyən, bu gün hələ həll olunmamış hansı məsələlər var?

Sakin Əkbər HÜSEYNOV: Adi bir qəsəbədə belə gözəl vağzal inşa olunub. Bu, çox gözəldir. Bu qəsəbənin sakiniyəm, 70 ilə yaxındır ki burada yaşayıram. Ancaq nə vaxtsa belə bir möhtəşəm binanın inşa olunacağı heç ağlımıza da gəlməzdi. Hər bir açılışı televizordan görəndə fərəhlənirdik. Bu gün özüm bu açılışda iştirak edirəm və bunu əyani surətdə görürəm. Çox sevinirəm. Əlbəttə ki, bunlar hamısı xalqın rifah halının yaxşılaşdırılması üçün Sizin gördüyünüz işlərdir. Sizə təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Sağ olun. Demək olar ki, hər gün ölkəmizdə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək.

Sakin Əkbər HÜSEYNOV: Əlbəttə, hamısı Sizin sayənizdədir. Bu dəmir yolunun fəaliyyətə başlaması avtobusların yükünü xeyli azaldacaq.

Prezident İlham ƏLİYEV: Əlbəttə, vaxt baxımından da çox sərfəli olacaq.

Sakinlər: Təşəkkür edirik, sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

x x x

Sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəldi, alıcılar və satıcılar ilə söhbət etdi.

Qarabağ müharibəsi əlili Məzahir ORUCOV: Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Şəhid anası Səyyarə NƏZƏROVA: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun, necəsiniz?

Səyyarə NƏZƏROVA: Çox sağ olun, Allah Sizdən, dövlətimizdən razı olsun. Siz çox gözəl insansınız. Bizim dövlətimiz çox yaxşı dövlətdir. Çünki hər yerdə əmin-amanlıqdır, hamı qayğımızı çəkir, çox sağ olun.

Məzahir ORUCOV: Cənab Prezident, biz Qarabağ qaziləri Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qorusun.

Prezident İlham ƏLİYEV: Ticarət necə gedir?

Səyyarə NƏZƏROVA: Çox yaxşı, şükür Allaha, hər günümüzə min şükür.

Prezident İlham ƏLİYEV: Məhsulların neçə faizi yerli mallardır?

Satıcı: Demək olar ki, 90 faizi.

Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 882
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 290
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

21:00 0
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 536
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 208
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

17:45 162
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 150
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

21:01 0
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

17:47 131