Həyat yoldaşı ilə bağlı verilən sual müğənnini özündən çıxardı: "Şəxsi həyatımdan sənə nə?" - VİDEO

Həyat yoldaşı ilə bağlı verilən sual müğənnini özündən çıxardı: "Şəxsi həyatımdan sənə nə?" - VİDEO

Müğənni Aynur Dadaşova Xəzər TV-də yayımlanan "5/5" verilişinin qonağı olub .

BiG.AZ xəbər verir ki, şəxsi həyatı ilə bağlı verilən sual ifaçı xanımı özündən çıxarıb. O, aparıcı Zaurun "6 il efirlərə çıxmadın. Həyat yoldaşın icazə vermirdi?" sualına sərt reaksiya verib:

"6 il efirə çıxmadım. Çünki övladlarıma vaxt ayırdım, onları böyütdüm. İcazə vermədi demə. İcazə verməsəydi, "Geri dön" klipimə pul xərcləməzdi. Mənim şəxsi həyatımdan sənə nə?".

Qeyd edək ki, Aynur 6 illik fasilədən sonra 2016-cı ilin sonunda efirlərə çıxıb. 2017-ci ilin ortalarında isə o, yenidən sənətdən uzaqlaşmışdı.

Dadaşovanın iki övladı var.

Aysu


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3255 Tarix: 21.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol