Alimlərdən başı böyük uşaqlar haqqında İNANILMAZ FAKTLAR

Alimlərdən başı böyük uşaqlar haqqında İNANILMAZ FAKTLAR

Məlum olub ki, başı böyük olan uşaqlar daha ağıllıdır.

BiG.AZ xəbər verir ki, alimlər böyük başı olan uşaqların beyninin daha güclü inkişaf etdiyi faktını təsdiqləyib.

Böyük Britaniyanın "Biobank" alimlərinin geniş miqyaslı araşdırması başı böyük anadan olanların daha ağıllı olduqlarını təsbit edib. Genlərin ağıl və sağlamlıqla əlaqələrinə yönələn araşdırma "Molekulyar Psixiatriya" jurnalında dərc edilib.

Alimlər bu qənaətə gəlib ki, yekəbaş insanlar daha yüksək intellekt göstəricilərinə malikdir. Bu faktı onların ali təhsil kimi göstəriciləri və koqnitiv testlərin nəticələri sübuta yetirib.

Bəs hansı ölçü böyük baş sayılır? Alimlərin sözlərinə görə, ağıllı uşaqların baş çevrəsi 31 ilə 35, 5 sm böyüklüyündədir.

Bununla belə başın çevrəsi yüksək intellektin yeganə göstəricisi deyil. Ümumi sağlamlıq vəziyyətinin də ağılla bağlı olduğu irəli sürülüb.

"Tədqiqat sağlam insanların da müqayisədə daha ağıllı olduğunu göstərib", - deyə tədqiqatçı Saskia Hagenars bildirib.

Odur ki, körpənizin başı böyükdürsə, narahat olmağa dəyməz, bu, öyünmək üçün əsaslı səbəbdir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 2005 Tarix: 21.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər