Manaf Ağayev həyat yoldaşına əl qaldırıb: "Dedim ki, ağıllı ol..." - foto

Manaf Ağayev həyat yoldaşına əl qaldırıb: "Dedim ki, ağıllı ol..." - foto

Müğənni Manaf Ağayev həyat yoldaşına əl qaldırıb.

BiG.AZ xəbər verir ki, ifaçı bu haqda lent.az-ın canlı yayımında danışıb. O bildirib ki, bu hadisə yeni evlənən vaxtlarına təsadüf edib:

"Həmin gün çox əsəbi idim. Həyat yoldşımla aramda problem yarandı, istəyirdi gözümün odunu alsın. İstəmədən əl qaldırdım, dedim ağıllı ol. Sonradan özüm də peşman oldum. Həyat yoldaşım heç nə demədi. Ailədə qısqanclıq olmaya bilməz. Hamıya xanımım kimi həyat yoldaşı arzulayıram. 1-ci sinifdən bir oxumuşuq. Ailələrimiz bir-birini tanıyır. O da bilir ki, nə istəsəm onu da edəcəm. Mən arvaddan qorxan kişi deyiləm. O demək deyil ki xanımıma hörmət etmirəm, həyat yoldaşım başımın tacıdır. Övladlarımla, həyat yoldaşımla fəxr edirəm".

Aysu

Manaf Ağayev həyat yoldaşına əl qaldırıb: "Dedim ki, ağıllı ol..." - foto

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4766 Tarix: 20.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol