Xanım rektorun "müxalifətçilərin üzünə tüpürün" ifadəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xanım rektorun "müxalifətçilərin üzünə tüpürün" ifadəsi ilə bağlı RƏSMİ AÇIQLAMA"Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tələbələr arasında keçirilən tədbirlərin birində deyib ki, harada müxalif düşüncəli adam gördünüz tüpürün üzünə". Bu xəbəri jurnalist Gülzar Məmmədli feysbuk səhifəsində yazıb. Onun bu məlumatı sürətlə sosial şəbəkələrin Azərbaycan seqmentində yayılıb və bir çoxları da paylaşıb.
G.Məmmədli bildirib ki, BSU rektoru tələbələri davamlı olaraq xoşagəlməz ifadələrə məruz qoyub.

BSU rektoru bir neçə il qabaq isə universitetin giriş hissəsinin fasadında olan 46 illik mozaikanın sökülməsi barədə göstəriş verməsi ilə gündəmə gəlmişdi. Bu söküntü etirazla qarşılanmışdı.

Sonra həmin mozaika yerinə bərpa edildi.

BiG.AZ xəbər verir ki, N.Əliyevanın müxalifətçilər haqda dediyinə gəlincə, BSU-nun prorektoru Əbülfəz Nağıyev "Yeni Müsavat"a açıqlamasında deyilənlərin cəfəngiyat olduğunu söylədi: "Sizcə Nurlana xanım belə şey söyləyərmi? Tamamilə yalandır".

BSU-nun mətbuat xidmətindən isə yazılı açıqlamada bildirildi ki, sosial şəbəkələrdə gedən informasiya böhtandır: "Dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir. Səbəb kimi mayın 16-da rektorun universitetin akt zalında tələbələrlə görüş zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir.
İlk növbədə onu qeyd edək ki, bir azərbaycanlı xanım, ağbirçək ana olan Nurlana Əliyevanın tələbələrlə hər görüşü daha çox övlad-valideyn münasibətləri çərçivəsində, səmimiyyət və inam müstəvisində baş tutur.
Bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaq, etika, vətənpərvərlik, ədalət, düzlük, insanpərvərlik önə çəkilir. Ümumiyyətlə, 30 ildən artıq ictimai-siyasi fəaliyyətlə məşğul olan, xalqını sevən, onunla ünsiyyətdən qürur duyan xanım professorun iclasda siyasi əqidəsinə, dünyagörüşünə görə kimlərisə təhqir etməsi, yaxud kimlərinsə ünvanına aşağılayıcı ifadələr işlətməsi mümkünsüz bir işdir".
Açıqlamada bildirilir ki, N.Əliyeva indiyədək heç bir vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq bütün insanlara bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb:
"Əslində, Nurlana Əliyevanın BSU-ya gəldiyi ilk gündən məqsədi gənclərin patriotizm, milli-vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan xalqının tarixi ənənələrinin, mədəniyyətinin, ədəbiyyatının, bütövlükdə mənəvi dəyərlərinin gənclərə ötürülməsi olub.
Qapısı hər zaman insanların üzünə açıq olan rektor hər bir insanla səmimi dialoqa girəndə, tələbələrə bir ağbirçək ana kimi öyüd-nəsihət verəndə ilk növbədə əxlaq və etik normalar, milli-mənəvi dəyərlər prizmasından çıxış edir.
Təbii ki, belə bir ziyalı xanımın, pedaqoqun, tanınmış dövlət xadiminin siyasi baxışlarına, ideoloji düşüncəsinə görə kimlərisə təhqir etməsi, yaxud onlar haqqında nalayiq ifadələr işlətməsi barədə informasiyalar şər və böhtandan başqa bır şey ola bilməz.
Təkrar edirik, iqtidar - müxalifət mövqeyində durmasından asılı olmayaraq bu ölkənin bütün vətəndaşlarına sayğı göstərmək bizim borcumuzdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 270
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 202
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 222
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 336