Mahir Mədətov atasına qarşı bunu da elədi - FOTO
Mədətovlar ailəsindəki qalmaqal son günlər gündəmdən düşmür.
Axşam.az-ın məlumatına görə, prodüser Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və başqası ilə ailə qurmasını övladları qəbul etməyib.
Prodüserin oğlu, "Qarabağ" futbol klubunun üzvü Mahir atasının adından və soyadından imtina edərək, əvvəlcə şəxsiyyət vəsiqəsini dəyişdirib. Bu dəfə isə Mahir "Wikipedia"da özü ilə bağlı bütün məlumatlarını dəyişdirib. O, atası ilə bağlı hissəni oradan sildirib. Mahir şəxsiyyət vəsiqəsində olduğu kimi atasının adını Mahir, soyadını isə Emreli kimi qeyd edib.
Qeyd edək ki, Anar Samirə adlı vizajistlə ailə qurur. Cütlüyün xına mərasimi olub. Anar bildirib ki, toy etməyəcək. O, artıq kəbin kəsdirdiyini açıqlayıb.
Anar və Elnurə cütlüyünün iki övladı var.
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş