"Ərim mənimlə arvadı kimi yox, fahişəsi kimi davranırdı, soyundurub küçədə..." - Azərbaycanda ŞOK

"Ərim mənimlə arvadı kimi yox, fahişəsi kimi davranırdı, soyundurub küçədə..." - Azərbaycanda ŞOKCəmiyyətimizin ən ciddi problemlərindən biri erkən nikah və məişət zorakılığıdır. Yetkinlik yaşına çatmayan qızlar ailə həyatı qurmağa məcbur edilir, məişət zorakılığının qurbanı olurlar. Əksər hallarda bu zorakılıqlar ailə daxili "adət"lər çərçivəsində "həll edilir". İllərlə əzablara dözən qadınlar ya övladlarını nəzərə alaraq çətinliklərə, ya da başqa şansları olmadığı üçün ömrünün qalan hissəsini eyni əziyyətlə yaşamağa məhkum olurlar.

Dəfələrlə bu cür hallarla qarşılaşan qadınların çıxış yolu ya intihara cəhd edirlər, ya da evdən baş götürüb qaçırlar. Sığınacaq isə ağır və əzablı taleyi olan qadınların ümid yeridir. Həyatlarının dərdlərindən, əzablarından qaçıb burda məskunlaşırlar. Burda kədərlərini ovudurlar, problemlərinə kömək axtarırlar, sonucda bura sığınırlar. Amma müvəqqəti... burdan ayrılandan sonra çox vaxt onları eyni həyat gözləyir. Çünki problemin köklü həlli təkcə bu divarlar arasında çözülə bilməz.
Uşaqkən ailəsi, sonra həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Ludmila (ad şərtidir- red.) hazırda sığınacaqda yaşayır. Onun getməyə yeri yoxdur. O, Azərbaycanda köməksiz qalan yüzlərlə qadından biridir.

BiG.AZ Sonxeber.az-a istinadən 35 yaşlı Ludmilanın (ad şərtidir- red.) həyat hekayətini təqdim edir:

- Bayaqdan fikrim səndədir, öz-özünə danışırsan. Nə olub?

- Balalarıma görə narahatam . Onlardan bir saniyə belə ayrı qalmaq istəmirəm. Ürəyim partlayar, bəlkə dəölərəm. Mən onlara çox bağlıyam. Onlar olmasaydı, tək başım olsaydı bəlkə də həyatımı başqa cür qurardım (doluxsunur- red.)

- Bəlkə bir az keçmişə qayıdaq. Öz haqqında ətraflı danışasan?

Sualımdan pis oldu... üzünü pəncərəyə tutub dərindən "ah" çəkib və danışmağa başladı:

- Mən uşaqkən atamla anam ayrıldı. Anam atamdan ayrılandan sonra məni yola vermədi. Mən atama oxşayırdım deyə məndən xoşu gəlmrdi. Elə bil düşməni idim, övladı deyil. Günümü qara, çörəyimi para eləmişdi. Artıq bezmişdim. Beləcə illəri yola verib, 17 yaşımı tamamladım. İşləməyə başladım, işlədiyim yerdə brinci həyat yoldaşımla tanış oldum. Əslən naxçıvanlı idi. Elə oldu ki, bir dəfə yoldaşımla görüşəndə mənə dedi ki, səni qaçırtmaq istəyirəm. Əvvəl inanmadım, güldüm, zarafat etdiyini düşündüm. Sağollaşanda dedi ki, "düşün və qərarını mənə de". Bir neçə gün danışmaqdıq. Sonra özü zəng etdi və görüşmək istədiyini dedi. Görüşdük, yenə qaçırmaq istədiyini və fikrinin qəti olduğunu bildirdi. Düzü, məndə evdə anamın əlindən bezmişdim. Elə həmin gün yoldaşıma qoşulub qaçdım. Getdik Naxçıvana - atasgilə. Yoldaşımın valideynləri çox yaxşı insanlar idi. Bir müddət yoldaşım Naxçıvanda işlədi, vəziyyətimiz yaxşı idi. Mənimlə də çox yaxşı davranırdı. Sonra elə oldu ki, Bakıya işləməyə gəldi. Neçə ay Bakıda işlədi, evə də pul göndərdi. Mən də hamilə idim. Bir gün götürüb anama zəng elədim, dedim ki "nənə olacaqsan". Anam telefonda mənə pis-pis söyüşlər dedi, bir də onu narahat etməyim dedi. Pis oldum, ağladım. Və onda həqiqətən də kimsəsiz olduğumu dərk etdim. Nəsə, qızım dünyaya gəldi. Yoldaşım neçə aydan sonra evə qayıtdı. Məni götürüb Bakıya qayıdıq. Ancaq çox dəyişmişdi, elə bil əvvəlki insan deyildi. Onun davranışı heç xoşuma gəlmədi. İçkiyə qurşanmışdı, hətta narkotikdən istifadə edirdi. Bakıya gələndən sonra özüm də gördüm nəşə çəkdiyini. İçirdi araqdan, çəkirdi nəşədən evə dava salırdı, səbəbsiz yerə məni döyürdü.

- Bəs ayılanda səbəbini soruşmurdun?

- (Hikkə ilə) Ayıq günü olurdu ki, nəsə soruşum da. Hələ bir dəfə də qışda gecənin bir aləmi evə gəldi, başladı mənlə heç nədən dalaşmağa. Biz də Bakıda həyət evində qalırdıq. Axırı bezdim dilləndim, dedim əl çək də məndən. Təsəvvür edin məni soyundurub, həyətin ortasında o qədər döydü ki, hələ də o ağrılar canımdadır. Mənimlə qadını kimi yox, fahişəsi kimi davranırdı. Ağlına nə gəlirdisə onu da tələb edirdi. Əxlaqsız hərəkətlər tələb edirdi, mən də etməyəndə basıb döyürdü. Buz suyu üstümə töküb, həyətdəki ağaca bağlayıb səhərə qədər əzab verirdi. Yenə də övladıma görə dözüb səbr edirdim. Deyirdim ki, cəhənnəmə, bir qızım var, atasız böyüməsin. Axırda o bir qızımı da məndən aldı.

Qızını deyəndə hönkürtü ilə ağlamağa başladı. Sakitləşdirməyə çalışdım. Bir neçə dəqiqə sonra söhbətdən yayınmayıb suala keçid etdim:

- Qızın atasındadır?

- Yox! Qızımı öldürdü.

- Necə öldürdü?

- Bir dəfə çox içkili halda evə gəlib məndən onunla intim münasibətdə olmağı tələb etdi. Mənsə uşağa süd verirdim deyə mane olmamağı xahiş etdim. O, məndən əlçəkməyib zor tətbiq etdi. İçkili olduğuna görə fikir verməməyə çalışdım. Ona reaksiya vermədiyimi görüb çölə çıxdı. Bir neçə dəqiqədən sonra evə qayıtdıqda uşağı qucağımda görüb dəliyə döndü. Gözləmədiyim anda uşağı əlimdən alıb üzünə sillələr vurdu. Uşağı onun əlindən almaq istəyəndə, məni itələdi, arxası üstə başım divara dəydi. Özümü çox pis hiss etdim, qızımı onun əlindən ala bilmədim. Uşaq ağlayıb keçindi. Özümə gələndən sonra gecənin yarısı Təcili Tibbi Yardım çağırıb uşağı tez xəstəxanaya çatdırdım. Uşaq xəstəxanaya çatanda nəfəsi kəsildi, sillələrdən beyninə qan sızmışdı. Qızım əlimdə öldü. Xəstəxanada həkim uşağa nə olduğu soru.du. Mən həkimi aldadıb uşağın ehtiyatsızlıq ucbatından əlimdən düşdüyünü dedim. İndi də oğurluğa görə türmədədir. O həm oğru, həm də qatildir. Dörd aylıq körpənin canına qıydı.

- Sonra nə oldu?

- Heç nə... uşağımı itirdim. Uşaqdan sonra dəli oldum, özümə xəsarətlər yetirdim, canıma qəsd elədim. Ancaq ölmədim. Beləcə, bir müddə həkim nəzarətində qaldım. Özümə gələndən sonra evimə qayıtdım. Yoldaşımdan ayrılmaq istəyirdim. Qaynanamgil yalvar-yapış elədilər ayrılmadım. Yoldaşım özü də çox pis olmuşdu. Qızdan sonra bir az düzəldi, bir müddət içmədi, evə baxdı. Sonra ikinci uşağa hamilə qaldım. Nəsə, ikinci uşaq da qız oldu. Uşaqdan sonra yoldaşım yenə başladı içməyə. Yenə köhnə hamam, köhnə tas. Artıq bezdim uşağı da götürüb evdən çıxdım. Getdim anamgilə. Anam uşağa görə məni qəbul elədi. Mən də kafelərin birində administrator kimi işləməyə başladım. Uzun müddət orda işlədikdən sonra ikinci həyat yoldaşımla tanış oldum.

- Sən evdən çıxandan sonra birinci həyat yoldaşın səninlə maraqlanmadı?

- (Əsəblə) Yox! Mən onunla boşandım, ikinci dəfə ailə həyatı qurdum. Anam da razı oldu ikinci dəfə ailə qurmağıma. İkinci həyat yoldaşımdan 3 övladım var. İkinci həyat yoldaşım çox yaxşı idi, ancaq qayınatam imkan vermirdi bizə. Beş il bir yerdə yaşadıq, bir dəfə də olsun o məni nə döydü, nə də söydü. Qayınatam hər günümüzü zəhərə döndərirdi, imkan vermirdi adam kimi yaşayaq. Axırı bezib ayrıldım. İndi də belə.

Ağladı, gözündən yaş sel kimi axırdı. Üzünü əlləri ilə silib "qorxuram yenə "pristupum" tutar", deyib, özünü sakitləşdirməyə çalışdı.

- Necə oldu sığınacağa gəldin?

- Yoldaşımdan ayrılandan sonra anam məni qəbul etmədi. Gedəcək yerim yox idi, küçələrdə gecələyirdim. Kimin yazığı gəlsəydi bir tikə çörək alırdı. Balalarımla qarnımı doyururdum. Bir dəfə də bir qadın bizə yaxınlaşdı uşaqlarabazarlıq etdi. Sonra niyə küçədə qaldığımı soruşdu. Məndə getməyə yerim olmadığını dedim. O qadının köməkliyi ilə poliə getdim,polis də sığınacağa yönləndirdi. Bir aydan çoxdur burdayam, sağ olsunlar bizə çox yaxşı baxırlar. Balalarım doyunca yemək yeyir, səliqəli paltar geyinir. Özüm də iş axtarıram, görək, necə olur. İş tapsam uşaqları internata verməliyəm, ancaq üəyim gəlmir. Mən onlarla nəfəs alıram, necə eləyim bilmirəm.

- İkinci həyat yoldaşın bilir başına gələnləri?

- Yox, bilmir. Çünki mən ayrılandan sonra qayınatam tez-bazar onu evləndirib. Mən cəhənnəm, heç uşaqları ilə maraqlanmır. İki dəfə ailə qurdum, ikisi də uğursuz. Yenə balalarıma şükür edirəm. Gecə-gündüz Allaha yalvarıram, balalarımı mənə çox görməsin, bir də mənə övlad dərdi yaşatmasın. Mən balalarımla ac-susuz, küçələrdə yaşamağa da razıyam. Ancaq onların dağını görməyim.

Sözünü bitirməmiş yenə hönkürtü ilə ağladı. Bizsə sakitcə otağı tərk edib, sığınacaqdan çıxdıq. Onunsa gələcək taleyi necə olacağını, yalnız bir Allah bilir…
"Ərim mənimlə arvadı kimi yox, fahişəsi kimi davranırdı, soyundurub küçədə..." - Azərbaycanda ŞOK"Ərim mənimlə arvadı kimi yox, fahişəsi kimi davranırdı, soyundurub küçədə..." - Azərbaycanda ŞOK


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5417   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988