"Kənddəki məktəbdə idman müəllimimiz bizə fizika dərsi keçirdi" - Cavanşir Paşazadə ilə müsahibə

"Kənddəki məktəbdə idman müəllimimiz bizə fizika dərsi keçirdi" - Cavanşir Paşazadə ilə müsahibəMilli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə BiG.AZ-ın suallarını cavablandırıb.

- Cavanşir müəllim, istərdik ki, bu gün məktəb illərinizdən danışaq. Sizin yaddınızda qalan hansı məktəb xatirələriniz var?

- Bu gün təhsil cənab prezidentimizin uğurlu siyasəti nəticəsində çox inkişaf edib. Bəzən düşünürəm ki, ölkəmiz bu inkişafa necə nail ola bilib. Təkcə təhsil sahəsində deyil, bir çox sahələrdə uğurlar əldə etmişik. Bakıda və bölgələrdə o qədər yüksək quruculuq işləri aparılır ki, bəzən şəhərə çıxanda özüm belə tanıya bilmirəm. Təəssüf ki, bəzi sapı özümüzdən olan baltalar dövlətimizin əldə etdiyi uğurlara kölgə salmağa və gənclərimizi yalanlarla aldatmağa çalışır. Hər kəs bilir ki, onların bir çoxu Azərbaycanın inkişafını qəbul etməyən təşkilatlardan və dövlətlərdən maliyyələşir. Hətta onların bir çoxu xaricdə oturub dövlətimizin nüfuzlu şəxslərini təhqir edir və əsası olmayan yalanlarla çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Sevindirici haldır ki, xalqımız artıq onların yalanlarına inanmır və uğurlu siyasəti ilə dövlətimizi işıqlı gələcəyə aparan cənab prezidentimizin ətrafında sıx birləşibdir. Gənclərimizə məsləhət görürəm ki, vətənini, xalqını 5 manata satan o cür insanların yalanlarına inanmasın, onlar üçün yaradılar bu gözəl şəraitdən layiqincə istifadə etsinlər.

Bu gündən fərqli olaraq bizim məktəb dövrümüz tamam fərqli olub. Yaddımdadır, biz məktəbə gedəndə bəzilərimiz kitab dəftərlərimizi əlimizdə, bəzilərimiz isə çantada aparardıq. "Şarikovoy" qələmlə yazmaq bizə qadağan olunmuşdu. Şagirdlər sinif otağına gələndə soba qalanardı. Heç işığımız belə yox idi. Qaranlıq bir otaqda dərs keçirdik. Kəndin öz müəllimi demək olar ki, yox idi. Bütün müəllimlər başqa yerlərdən gəlirdi. Yağış yağanda və yaxud da başqa bir hadisə baş verəndə müəllimlər dərsə gəlmirdi. Ona görə də idman müəllimi fizika dərsi keçirdi. Bu formada biz günümüzü keçirirdik. Düzdür, bizə o zaman elə gəlirdi ki, inkişaf görən gənclik 70-ci illərə təsadüf edənlərdir. Ən önəmlisi isə bizim dövrümüzdə dostluqlar maddiyyatla ölçülmürdü. Hər birimiz maddi çəhətdən eyni səviyyədə idik. Bir sözlə, gənclik dövrümüz çətin keçsə də öz şirinliyi və gözəlliyi var idi.

- Cavanşir müəllim, hansı müəlliminizi daha çox sevib, dərslərinə daha çox həvəslə hazırlaşırdınız?

- Kənddə böyüdüyümüz üçün o dövrlər bizə çox da yaxşı dərs keçirilmirdi. Böyük bacılarım və qardaşım dərslərimdə mənə köməklik edirdi. Mən fizikanı çox sevirdim. Çalışırdım ki, o fənni dərindən öyrənim. Fizika dərsində istifadə etdiyimiz cihazlarla tez-tez əlimi yandırırdım. Bəzən olurdu ki, dərsdə naqilləri səhv birləşdirdiyimiz üçün partlayışlar baş verirdi. Fizikadan əlavə çalışırdım ki, rus dilini də öyrənəm. Ən çox sevdiyim müəllimin adı Ziya idi. Ziya müəllim bizə fizika dərsi keçirdi. Həm də rus dilli idi deyə onun danışığı, geyimi, davranışı çox xoşuma gəlirdi. Məktəbi bitirəndən sonra da onunla bəzən görüşürdüm. Çünki müəllim kimi ona çox hörmət edirdim.

"Kənddəki məktəbdə idman müəllimimiz bizə fizika dərsi keçirdi" - Cavanşir Paşazadə ilə müsahibə- Hər bir uşağın öz arzusu olur. Siz uşaq vaxtı böyüyəndə hansı sənətin sahibi olmağı arzulayırdınız?

- Mən uşaqlıq vaxtı tikintiyə çox həvəsim olub. Mənim əmim usta idi. Onun tikinti alətləri var idi. Əmim onları yerə qoyan kimi götürürdüm. Ona görə də əmim məni hər zaman aldadır ki, küçədən atlı keçdi. Mən də o atlıların arxasınca qaçıb yorulardım. Yorulduğuma görə də daha onun alətlərinə əl vurmazdım. O da rahat işini görərdi. Əmim məni çox istəyərdi. Böyüyüb Buxarada Politexnik İnstitutunu bitirdim. İki il Daşkəntdə işlədikdən sonra ölkəyə qayıdıb Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (Dövlət Aqrar Universiteti) İqtisadiyyat fakültəsini bitirib, "İqtisadçı alim" ixtisasına yiyələndim.
Daha sonra Melorasiya Su Təsərrüfatı Nazirliyinin nəzdində işlədim. İlk öncə kefiyyət üzrə mühəndis, daha sonra isə sahə rəisi vəzifələrində çalışdım. Bundan əlavə uzun müddət neft sənayesində fəaliyyət göstərdim. Ümumiyyətlə, mən 1975-ci ildən bu günə kimi bir gündə olsa işsiz qalmamışam.

- Bu gün kimsə vəzifədə olanda ailəsi ilə qaynaqlandırırlar. Lakin siz öz zəhmətiniz sayəsində bu səviyyəyə yüksəlmisiniz. Bilirik ki, ailədə 11 uşaq olmusunuz. Atanız döyüşçü, ananız isə evdar xanım olub. 11 uşağı böyütmək, onların hər birini təhsillə təmin etmək çətin olmadımı?

- Mənim 9 bacım var. Valideynlərim heç vaxt qız oğlan ayrı seçkiliyini etməyib. Atam 11 övladını hər birini eyni səviyyədə sevib, qucaqlayardı. Düzdür, 11 uşağı böyütmək çətin idi. Çünki atam müharibə əlili idi. Atam 5 il müharibədə iştirak etmişdi. Bir ayağına tank qəlpəsi dəymişdi deyə rahat gəzə bilmirdi. Anam da evdar qadın idi. Özümüzün kiçik təsərrüfatı və böyük meyvə bağımız var idi. Hər bazar yığılan meyvələr bazarda satılırdı. Bacılarım, qardaşım və mən təhsilimizi başa vurub ailə qurduqdan sonra o meyvə ağacların hamısı yandı. Bu gündə o meyvə bağımız qalır. Sanki o meyvə bağı Allahdan bizə verilən ruzi idi.

"Kənddəki məktəbdə idman müəllimimiz bizə fizika dərsi keçirdi" - Cavanşir Paşazadə ilə müsahibə- Cavanşir müəllim, o zaman heç ağlınıza gələrdimi ki, bu günün sevilən və tanınan deputat olacaqsınız?

- Bunu heç kim bilə bilməz. Hər bir uşağın anası düşünür ki, onun övladı müəllim, həkim və başqa sahənin sahibi olacaq. Təəssüf ki, heç bir ana və ya ata demir ki, övladım yaxşı bir insan olacaq. Böyüyəndə hansı sahədə çalışacağını heç kəs bilə bilməz. Hər bir insanın həyatında nə baş verəcəyini Allah bilir. Düşünürəm ki, valideynlərimiz uşaqlarına təhsillə yanaşı zəhməti də öyrətməlidir.

- Cavanşir müəllim, hansı illərinizə geri qayıtmaq istərdiniz?

- Həyat o qədər çətindir ki, onu kişi kimi başa vurmaq hər kəsə qismət olmur. Uşaqlıq illərim çətin keçdiyinə görə, açığı, keçmişə qayıtmaq istəmirəm.

Aysel Yusifqızı
"Kənddəki məktəbdə idman müəllimimiz bizə fizika dərsi keçirdi" - Cavanşir Paşazadə ilə müsahibə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1631   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043