Dəhşət: Sevgilisi 24 yaşlı qadını və oğlunu güllələdi - FOTO

Dəhşət: Sevgilisi 24 yaşlı qadını və oğlunu güllələdi - FOTOİzmirdə 24 yaşlı gənc qadın və 2 yaşlı oğlu güllələnərək öldürülüb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Gizəm.T və 2 yaşlı oğlu Kaan.K bir müddətdir ki, bir yerdə yaşadığı 29 yaşlı Okan.K tərəfindən qətlə yetirilib.

Daha sonra Okan.K həmin silahla özünü də güllələyərək intihara cəhd edib.

Silah səsini eşidən qonşular polisə və təcili yardıma xəbər veriblər.

Hadisə yerinə gələn təcilli tibbi yardımın əməkdaşları qadının və oğlunun öldüyünü bildirib.

Ağır yaralı olan 29 yaşlı Okan.K xəstəxnaya yerləşdirilib.

24 yaşlı Gizəm.T-nın anası mətbuata açıqlamasında Okan.K-nın qızını 4 ildir ki, rəsmi nikah edəcəyi ilə aldadıb: "O, hər dəfə qızımı oğlu ilə təhdid edirdi. Qızımı döyüb dəfələrlə xəstəxanalıq edib. Hətta qızım döyülməsi ilə bağlı polisə də müraciət etmişəm".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 529   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş