Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab: Şantaja əl atıb

Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab: Şantaja əl atıbÖtən gün Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında tək başına etiraz aksiyası keçirib. Anasının onkoloji xəstəlikdən əziyyət çəkən T.Kərimov iddia edir ki, yaşlı qadının müalicəsi, qanla təmin olunması üçün həkimlər külli miqdarda pul tələb edib. O isə maddi imkanı kifayət etmədiyi üçün nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb.

Səhiyyə Nazirliyi T.Kərimovun ittihamlarına rəsmi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, sözügedən şəxs iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib.

"Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb.

Belə ki, xəstə, 1963-ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cu ilin fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator - qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub.

Xəstəyə protokol üzrə VCD (velkeyd, sikofosfan, deksametazon) kursu aparılıb, bununla yanaşı, xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hazırda xəstə ambulator müalicədədir.

Protokol üzrə xəstəyə dörd kurs ambulator müalicə aparılıb. Xəstə xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.

Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib.

Şənbə günü isə nazirliyin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.

Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır (hədəf terapiyası). İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur.

Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya İnstitutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 478   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233