Rasim Balayevdən ŞOK SÖZLƏR: "Məni ora buraxmırlar"

Rasim Balayevdən ŞOK SÖZLƏR: "Məni ora buraxmırlar"Xalq artisti, "Şöhrət" ordeninə layiq görülmüş Rasim Balayevi bildirdiyi iradlara görə, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanlarında iştiraka dəvət etmirlər. Məşhur aktyor gələcək aktyorların seçim sistemindən narazıdır.

Sputnik Azərbaycan bildirir ki, bunları Rasim Balayev özü Bakı Kitab Mərkəzində tamaşaçılarla keçirdiyi görüş zamanı deyib. Sevimli aktyorla görüşə çox sayda pərəstişkarları və yaradıcı ictimaiyyətin nümayəndələri gəlib. Balayev gecə boyu publikanın onun yaradıcılığı, yeni planları və məşhur filmi "Nəsimi"nin çəkilişləri ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Aktyor hesab edir ki, Azərbaycan teatrı və kinosunda artıq uzun müddətdir sakitlik hökm sürür. Balayev bunun səbəbini gələcək aktyorların seçiminin düzgün aparılmaması ilə izah edib. Onun fikrincə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Bakı Rəssamlıq Akademiyasına, Milli Konservatoriyaya daxil olan insanlar digər imtahanları da verməlidir və insanların istedadını nəzərə almaq lazımdır.

"Bir dəfə məni Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanında iştiraka dəvət etdilər. Mən bir neçə iradımı bildirdim və görünür, bu, kiminsə xoşuna gəlməyib. Bundan sonra daha məni çağırmadılar. Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki, onlar test imtahanları zamanı lazımi balı toplamadıqlarına görə universitetə daxil ola bilməyiblər", – deyə Balayev təəssüflə bildirib.

Onun fikrincə, qız və oğlanların əksəriyyəti aktyorluq istedadı olmaya-olmaya Mədəniyyət və İncəsənət Universitetinə daxil olurlar. Çünki oranın balları yüksək deyil. Balayev hesab edir ki, hər bir insan peşə seçərkən öz qabiliyyətinin bu və ya digər ixtisasa uyğun gəlib-gəlmədiyini nəzərə almalıdır.

Balayev əmindir ki, aktyorun yeri əvvəlcə teatrdır, sonra isə kino. O, evdə rusiyalı həmkarlarının müsahibələrini oxuyur və heyran qalır ki, onlar üçün birinci yerdə teatr sənətidir. Artist hesab edir ki, hər bir aktyor teatrda işləməlidir. Kinoya isə pul və populyarlıq xətrinə çəkilmək lazımdır. Balayev təəssüf edir ki, Azərbaycanda aktyorlara kinoya çəkilərkən ən azı Rusiyadakı qədər yüksək qonorar vermirlər.

Xalq artisti ona böyük populyarlıq qazandıran "Nəsimi" filmindəki məşhur rolundan da danışıb. Onun sözlərinə görə, o illərdə Azərbaycan şairi Nəsimi haqqında praktiki olaraq, heç nə bilmirdilər. Sadəcə məktəb dərsliklərində onun bir neçə şeiri dərc olunmuşdu. Sonralar onun yaradıcılığına həsr olunmuş tədbirlər keçirməyə başladılar və onda Həsən Seyidbəylidə Nəsiminin həyatı haqqında film çəkmək ideyası yarandı. Film kifayət qədər uğurlu alındı. Aktyor hesab edir ki, bu, təkcə onun uğuru deyil, bütün çəkiliş komandasının uğurudur.

"Bu filmin çəkilişinə qədər beş filmin kastinqlərində iştirak etmişdim və hər dəfə də eyni cavabı almışdım – sizin zahiri görkəminiz ekran üçün uyğun deyil. Nəsimi filmində iştirak etmək üçün seçmələri mənim üçün şok oldu. Dərhal düşündüm ki, hansısa epizodik rolu oynayacağam və əgər oyunum zəif alınsa, heç kəs fərqinə varmaz. Biləndə ki, mən Nəsiminin özünü oynayacağam, çox sevindim. Başa düşdüm ki, ya bu rol mənə uğur gətirəcək, ya da mən digər peşə ilə məşğul olmalı olacağam" – deyə Balayev bildirib.

Aktyorun fikrincə, bu film üstündən uzun müddət keçməsinə baxmayaraq, indiyə qədər də populyardır. Film tamaşaçıların o qədər xoşuna gəlib ki, bir çox valideynlər hətta öz uşaqlarına Nəsimi adını qoyublar.

Rasim Balayev qeyd edib ki, rejissorlardan, ssenari müəlliflərindən təklif gözləyir. Onun fikrincə, təkcə aktyorların yeni obrazlar axtarışında olması ilə iş bitmir, kinematoqrafçılar özləri onlara təkliflərlə müraciət etməlidir.

Görüşdə xalq artistinə çoxsaylı suallar ünvanlanıb. Heç kəs görüşün başa çatmasını istəməyib. Hamı istəyib ki, sevimli aktyordan daha çox yeni şeylər öyrənsinlər. Rasim Balayev görüşdə Nəsiminin bir neçə qəzəlini də oxuyub.

Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsuda anadan olub. 1969-cu ildə Azərbaycan İncəsənət İnstitutunu (hazırda Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. O, "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Arxadan zərbə", "İstintaq", "Gözlə məni", "Yaramaz", "Cin mikrorayonda", "Otel otağı", "İstanbul, İstanbul", "Dronqo", "Cavid ömrü", "Günaydın mələyim" və bir çox başqa filmlərdə çəkilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1491   Tarix: 19 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər: Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib. Bu barədə o, -ə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər. "12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər

11:38 596
.

Ceyran Rəhimovadan aparıcılara sərt tənqid!

"Bir aparıcı ki, qonağın əyləşdiyi divanın qoltuğunda oturursa, onu oradan qaldırmaq mümkün deyil. Mən bunu qonağa hörmətsizlik hesab edirəm. Aparıcının öz yeri, özünü aparmağı olmalıdır. Aparıcı səmimiyyət yaradır. Bu səmimiyyət deyil. Şounu hər bir aparıcı yarada bilər. Lakin çərçivədə etməliyik"

16:56 57
.

"ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq"

"Qlobal güclər,habelə region dövlətləri İsrail və İrana ünvanlanmiş müraciətlərində səbrli və təmkinli olmaq,mübahisəli məsələləri güc tətbiq etməkdən uzaq olmaqla bağlı çağırışlarını ediblər. ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq,hərçənd AB

16:21 0
.

Lənkəranda "Range Rover" yandı

Lənkəranda "Range Rover" markalı avtomobil yanıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

10:37 318
.

İsrail ordusu İordan çayının qərb sahilində evlərə basqın ediblər-VİDEO

İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin bəzi şəhər və qəsəbələrinə basqın edib. BİG.AZ xəbər verir ki, həmin ərazidə çoxlu sayda fələstinlini həbs edilib. İsrail işğalçıları aprelin 12-dən İordan çayının qərb sahilindəki Muğayyir kəndində də evləri və torpaqlar

14:11 0
.

Qatar hava yolları İrana uçuşları bərpa edib

Qatar hava yolları İrana uçuşları bərpa edib. BİG.az xəbər verir ki, aprelin 13-də başlayan hücumlardan sonra İrana uçuşları ləğv edib. Bu barədə Qatar hava limanı açıqlama bildirilib. Açıqlamada qeyd olunub ki, Tehran, Məşhəd, Şiraz və İsfahan ilə həftəlik 20 uçuş bərpa edilib

15:28 109
.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

09:58 393
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 151
.

Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."

"Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb

15:18 338