Çingiz "Eurovision-2019"da final çıxışını etdi - FOTO/VİDEO

Çingiz "Eurovision-2019"da final çıxışını etdi - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, hazırda bütün Avropanın diqqəti İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsindədir.

Yarışmada ölkəmizi 20-ci nömrə altında təmsil edən müğənni Çingiz Mustafayev yenidən Ekspo Mərkəzin səhnəsinə çıxaraq möhtəşəm perfomans sərgiləyib.

Çingiz Avropa tamaşaçısına ifası ilə “Həqiqət”i (Truth) çatdırıb. Mustafayevin səhnə dekorasiyasında üçbucaq formalı, kənarlarında işıqlar quraşdırılan, arxa fonda mavi dalğalı effektlərlə qadın silueti nəzərə çarpıb. Həmçinin səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə Çingizin ürək nahiyyəsinə ürək şəklini həkk etdiriblər.

Eyni anda sarı rəngdə işıqlarla arxa fonda ürək şəkili canlanıb.

Qeyd edək ki, bir müddət sonra mahnı yarışmasında səsverməyə start veriləcək. Tel-Əviv Ekspo Mərkəzindən 41 ölkəyə canlı bağlantı qurulacaq. Hər bir ölkənin tanınmış siması 1-dən 12-dək digər ölkələrin hesabına səs göndərəcək.

Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dilində elan edəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.(oxu)


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1607 Tarix: 19.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol