"Eurovision"da qalmaqal

"Eurovision"da qalmaqal
Belarusdan olan münsiflər “Eurovision” mahnı müsabiqəsinin finalından uzaqlaşdırılıb.

Bu barədə Eurovoix məlumat yayıb.

Bildirilir ki, müvafiq qərarı Avropa Yayım İttifaqı qəbul edib. Səbəb kimi münsiflər heyətinin verdiyi qiymətlərin elan olunması göstərilir.

Jüri üzvləri jurnalistlərə birinci yarımfinalda kimə səs verdiklərini açıqlayıblar. Halbuki qaydalara görə, bu cür detalların finaladək açıqlanması qadağandır.

Belarusun ballarının necə bölünəcəyi tamaşaçı səsverməsinin yekunlarına əsasən müəyyən ediləcək.

Qeyd edək ki, yarışmada Belarusu 16 yaşlı Zina Kupriyanoviç təmsil edir.(oxu)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1081 Tarix: 19.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol