"Whatsapp"a çoxdandır gözlənilən xüsusiyyət gəlir

"Whatsapp"a çoxdandır gözlənilən xüsusiyyət gəlir
"Whatsapp” istifadəçilərinin çoxdandır gözlədiyi xüsusiyyət Beta istifadəçilərinə təqdim olunub.

Uzun müddətdir gözlənilən qaranlıq rejim xüsusiyyəti Beta istifadəçilərinə təqdim olunub. Bir çox tətbiqdə görülən qaranlıq rejim xüsusiyyəti böyük marağa səbəb olur.
Yalnız “Whatsapp” beta tətbiqi üçün yayımlanmış qaranlıq rejimə yalnız parametrlər menyusu vasitəsilə istifadə etmək olurdu.

Son düzəlişdən sonra “Whatsapp Android Beta” versiyasında indi zənglər, statuslar və söhbətlər hissəsində də qaranlıq rejim xüsusiyyətinə yer verilir.

“Whatsapp”a gəlməsi gözlənilən gecə rejimi xüsusiyyəti gecələr gözləri yormaması və cihazın batereya ömrünü uzatması üçün istifadə olunur.

Yavaş-yavaş bütün sosial media platformlarında gördüyümüz bu xüsusiyyət yaxında “Whatsapp”da da istifadəyə veriləcək.
mənbə: metbuat

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2070 Tarix: 18.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 18.05.2019
super oldu )) axır ki
həyatdı da :)


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər