Dünya musiqi ulduzunun səhnədən getməsinin səbəbi açıqlandı

Dünya musiqi ulduzunun səhnədən getməsinin səbəbi açıqlandı
Amerikalı müğənni Britni Spirs böyük ehtimalla səhnəyə qayıtmayacaq. Dünya musiqi ulduzunun meneceri Larri Rudolf bu haqda məlumat verib.
Bizimyol.info xəbər verir ki, menecer psixiatriya xəstəxanasının həkimləri ilə söhbətdən sonra bu qənaətə gəlib. Rudolf Britnini səhnəyə qayıtmaq üçün dilə tutmayacağını bildirib: “Onun yaxınlarının, səhhəti ilə məşğul olanların informasiyası belə deməyə əsas verir ki, Las-Veqasdakı konsertlər seriyasına qayıtmamalıdır. Yəqin ki, ümumiyyətlə, səhnəyə qayıtmamalıdır”.

Rudolfun fikrincə, müğənninin psixi vəziyyəti atasının ölümünə görə ağırlaşıb. Spirsin atası bağırsağından ard-arda əməliyyatlar keçirib. İndi vəziyyəti yaxşı deyil.

“Biz konsertləri təxirə salmalı olduq. Çünki dərmanlar Britniyə təsir etməməyə başlamışdı”, – menecer belə deyir.

Rudolf söyləyir ki, son aylar Spirsdə oxumaq həvəsini də görmürdü: “Keçən il işləmək yanğısı ilə alışıb-yanırdı. Mənə az qala hər gün zəng edirdi. Son aylar heç zəng vurduğunu görmədim”,

Britni Spirs ABŞ-ən ən nüfuzlu müğənnilərindən sayılır. İndiyə qədər milyonlarla diski satılıb. Təkcə albomlarından birinin həftə ərzində 745 min diski satılmışdı.

Dünya musiqi ulduzu narkotik maddələrə aludə olmasıyla tanınır. Səhnədən getmək məcburiyyəti də bu amilə görə yarana bilər. Menecer bu mövzuda açıq danışmaq istəmir.

Keçmiş əri ilə məhkəmə çəkişməsinin son iclasında Spirs uşaqlara himayə baxımından tətbiq olunan məhdudiyyətlərin azaldılmasını istəmişdi. Məhkəmə sentyabrda qərar verəcək.

Anası Linn Spirs Britninin müalicəsində birbaşa iştirak edir. İndi əsas məqsəd onu normal həyata qaytarmaqdır. Səhnəyə qayıtması əsas müzakirə predmeti deyil.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1209 Tarix: 16.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər