2-ci sinif şagirdini döyən müəlliməyə qarşı cinayət işi açıldı (VİDEO)

2-ci sinif şagirdini döyən müəlliməyə qarşı cinayət işi açıldı (VİDEO)
Xəbər verdiyimiz kimi, Bolu vilayətindəki ibtidai sinif məktəblərinin birində çalışan G.Y. adlı müəllimə lövhə qarşısına çıxardığı 2-ci sinif şagirdinin qulağından çəkərək sillələyib. Qeyd edək ki, müəlimənin uşağı döydüyü anın görüntüsü telefonla lentə alınıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan videolara əsəbiləşən valideynlər müəllimin işdən uzaqlaşdırılması üçün imza toplama kampaniyasına başlayıb.

Qeyd edək ki, şagirdi döyən müəllimə barəsində cinayət işi açılıb. Videonun yayılmasından sonra uşağın atası H.E prokurorluğa çağırılıb. Şagirdin atası müəllimədən şikayətçi olmadığını bildirib.

Bundan əlavə ata vurğulayıb ki, müəllim ailədən üzr istəyib: "Bir anlıq əsəblərinə hakim ola bilmədiyi üçün müəllimə uşağa sillə vurub".

Aysel Yusifqızı
2-ci sinif şagirdini döyən müəlliməyə qarşı cinayət işi açıldı (VİDEO)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 821 Tarix: 16.05.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər