Nazirlikdə yeni TƏYİNAT

Nazirlikdə yeni TƏYİNAT
Daxili İşlər naziri Ramil Usubov rəis müavinini təqaüdə göndərib.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, Neftçala rayon Polis Şöbəsi xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Duxtar Sultanov təqaüdə göndərilib. Onun yerinə isə, Neftçala rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis polkovnik leytenantı Cəbrayıl Əhmədov təyin edilib.

Xəbəri Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli xəbəri təsdiqləyib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 357 Tarix: 16.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol