Çingiz bu gün sonuncu olacaq

Çingiz bu gün sonuncu olacaq

Bu gün "Eurovision 2019" mahnı müsabiqəsinin növbəti buraxılışı gerçəkləşəcək.

Axşam.az-ın məlumatına görə, İsrailin paytaxtı Tel-Əvivdə keçirilən yarışma Expo Mərkəzin səhnəsində olacaq. 18 ölkənin iştirakçısı mahnılarını təqdim edəcəklər.

Azərbaycanla yanaşı, Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniya təmsilçiləri gecədə yer alacaqlar.

Ölkəmizi "Truth" mahnısı ilə təmsil edən Çingiz Mustafayev 18-ci nömrə altında səhnəyə çıxacaq.

Gecənin özəl qonağı İsrailin məşhur ifaçısı Şalva Bənd olacaq. O, "A Million Dreams" mahnısı ilə şou göstərəcək.

Qeyd edək ki, "Eurovision 2019"un finalı həftənin şənbə günü olacaq.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1455 Tarix: 16.05.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər