Bakıda tapançalı şəxs tutuldu

Bakıda tapançalı şəxs tutuldu

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs saxlanılıb.

BiG.AZ Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.

Nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 221 Tarix: 16.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol