Polisdən ƏMƏLİYYAT: Azərbaycanda evində narkotik yetişdirən şəxs TUTULDU

Polisdən ƏMƏLİYYAT: Azərbaycanda evində narkotik yetişdirən şəxs TUTULDU
Ağdaşda evində narkotik yetişdirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BiG.AZ-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Belə ki, əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 26 yaşlı Manaf Həbişov saxlanılıb. Onun kənddə yaşadığı evə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 197 Tarix: 16.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol