İntihar edən Elinanın 40 mərasimi keçirildi: Məzarı ziyarət edildi - Fotolar

İntihar edən Elinanın 40 mərasimi keçirildi: Məzarı ziyarət edildi - Fotolar
Bu gün 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharından 40 gün ötür.

BiG.AZ news24.az-a istinadən xəbər verir ki, mərhum məktəblinin ailəsi, dostları, eləcə də bu hadisədən üzülən bir çox insanlar onun məzarını ziyarət edib, qəbrinin üstünə çiçəklər düzüblər. Valideynləri məzarın qarşısında şam yandırıblar. Elinanın valideynləri övladlarının intiharında günahı olan hər kəsin cəzalandırılmasını tələb etdiklərini də deyiblər: “Övladımızın ölümündə kimin günahı varsa, onların cəzalandırılmasını gözləyirik. Bizim balamız günahsız yerə bu torpaqda yatır”.

Qeyd edək ki, Elina Zabrat qəsəbəsindəki qəbristanlıqda dəfn olunub. Ailəsi onun məzar daşının üzərində mələk heykəlcik düzəltdirib. Eyni zamanda qəbrin üstünə "Yerin cənnətlik olsun, bizim mələyimiz..." sözlərini yazdırıblar.
İntihar edən Elinanın 40 mərasimi keçirildi: Məzarı ziyarət edildi - Fotolar
İntihar edən Elinanın 40 mərasimi keçirildi: Məzarı ziyarət edildi - Fotolar
İntihar edən Elinanın 40 mərasimi keçirildi: Məzarı ziyarət edildi - Fotolar
İntihar edən Elinanın 40 mərasimi keçirildi: Məzarı ziyarət edildi - Fotolar

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1691 Tarix: 16.05.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.019