Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın ŞOK görüntüləri yayıldı - TAM VİDEO

Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın ŞOK görüntüləri yayıldı - TAM VİDEO

Bakıda tələbələr arasında baş vermiş ölümlə nəticələnən davanın videosu yayılıb.

BiG.AZ xəbər verir ki, dünən Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. İnsidentlə əlaqədar bir şəxs saxlanılıb.

Həmin şəxsin ölən şəxslə dalaşdığı, ancaq döyülməsinə baxmayaraq mərhuma faktiki bir xəsarət yetirmədiyi görünür. Q.Əsgərov yıxılarkən də ona ilk köməyə qaçan o olduğu kadrlardan aydın seçilir.

Faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.

Həmin davanın özəl görüntülərini təqdim edirik:



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2069 Tarix: 15.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər