Böyrəyini satıb, əməliyyatdan sonra geri istədi - Şok

Böyrəyini satıb, əməliyyatdan sonra geri istədi - Şok

Pul ilə satdığı böyrəyini geri istəyən şəxs məhkəməlik olub.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir, 37 yaşlı Yasemin adlı qadının böyrək xəstəliyi varmış. Bu səbəbdən Halil İbrahim adlı qohumu ona öz böyrəyini pul qarşılığında satıb.

Əməliyyatdan bir müddət sonra qohumlar arasında mübahisə yaşanıb. Belə ki, Halil satdığı böyrəyini Yasemindən geri istəyib. Mübahisə davaya çevrilib. Hətta Halilin qardaşı əməliyyatdan sonra xəstəxanaya zəng edərək onun böyrəyini 60 min lirə qarşılığında Yaseminə satdığını xəbər verib.

Bundan sonra polisə məlumat verilib və araşdırma başlanılıb. Hər iki qohuma orqan ticarəti ilə məşğul olduğuna görə 5 il həbs istənilib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 611 Tarix: 15.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol