Məşhur ilahiyatçının başı erməni uşağına görə bəlaya düşdü - FOTO

Məşhur ilahiyatçının başı erməni uşağına görə bəlaya düşdü - FOTO

Türkiyənin məşhur ilahiyyatçısı Nihat Hatipoğlu ATV kanalında aparıcısı olduğu iftar verilişində erməni uşağın müsəlmanllığı qəbul etməsinə yardımçı olmuşdu.

Bundan sonra uşağın ailəsi hərəkətə keçib. Ailə və İnsan Haqları Dərnəyi Hatipoğlu barəsində məhkəməyə müraciət edəcəklərini açıqlayıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişdə Nihat Hatipoğlu uşağın valideynlərindən icazə aldığını demişdi. Ancaq Arturun valideyni ilahiyyatçının yalan danışdığını, onlardan icazə alınmadığını deyib.

Qeyd edək ki, hər ramazan yayımlanan, Hatipoğlunun aparıcısı olduğu iftar verilişin reytinqi rekord qırmağa davam edir. Ötən gün Artur adında erməni bir uşağı "Kəlime-i şəhadət" öyrədərək müsəlmanlığı qəbul etməsinə səbəb olmuşdu.
Məşhur ilahiyatçının başı erməni uşağına görə bəlaya düşdü - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1262 Tarix: 15.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər