Brilliantdan Aygün və Faiq haqda şok sözlər: "Çaşıblar"

Brilliantdan Aygün və Faiq haqda şok sözlər: "Çaşıblar"Xalq artisti Brilliant Dadaşova "MTV Azərbaycan"da müğənni Rəhim Rəhimlinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, Dadaşova küsülü olduğu müğənnilərlə bağlı qalmaqallı açıqlamalar verib. Rəhim müğənni küsülü olduğu Xalq artisti Faiq Ağayevin onunla bağlı bir açıqlamasını deyib.

Ağayevin dediklərinə qəzəblənən Brilliant küsülülüklərinin əsl səbəbini açıqlayıb:

"Gəldi dedi ki, biletim satılmır, konsertə bir həftə qalıb. Qurban olum, adını ver afişaya vuraq, bilet satılsın. Yoxsa sponsorlar bir də mənlə işləməyəcək. Mən də icazə verdim. Rafiq Babayev dedi ki, ya sən ağılsızsan, ya da həmin adam ağıllıdır. Bir həftə qalıb, biletlər satılmasa, deyəcək, Brilliantın adı var idi deyə, satılmadı. Necə demişdi, eləcə də oldu. Şər də, böhtan da atdı. Rəhmətə getmiş valideynlərimi, ata-anamı söydü. Onu nəinki bağışlamaq, bağışlamağı düşünən insanlar belə, mənə xəyanət etmiş olur.

Mənə sataşır, təhqir edirsə, niyə barışmalıyam? Öz həyat tərzini mənə sırımaq istəyir. Guya mən onun üçün bunu etmişəm. İndi anlayıram ki, vaxtilə öz sənətimə qiymət verməmişəm. Sənətimin aşağısında dayananları tərifləmişəm, özümlə bir tutmuşam. Elə biliblər ki, mənimlə eynidirlər. Başa düşürəm ki, səhv etmişəım".

Brilliant daha sonra illərdir danışmadığı Xalq artisti Aygün Kazımovaya da söz atıb:

"Gedib xarici müğənniyə pul verib, onların yanında dayanan müğənnilər var. Hər zaman pul xərcləyiblər ki, onları müğənni hesab etsinlər. Elə insanları mən Brilliant qəbul etmirəm. Mənə hər zaman pul verilib ki, kimsə yanımda dursun. Hələ fikirləşmişəm... Kiməsə pul verim ki, gəl sənlə duet oxuyum? Ölərəm ey, gecə yata bilmərəm. Dırnağım qədər sənəti olanları yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar".

Qeyd edək ki, Faiq Brilliantla bağlı "Aramızda olan söhbət toy bazarının bölünməsi ilə bağlı idi. İlk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, o zamanda ən "xod gedən" müğənnilərdən bir pillə yüksək qiymət qoydum. Münaqişəmiz toyda baş verdi. Xırda məsələ idi, böyütmək lazım deyildi. Bu məsələni mətbuata çatdıran nə mən, nə də toy yiyəsi oldu" açıqlamasını vermişdi.

Xarici müğənni ilə duet oxuyan isə Aygün Kazımova olub. Müğənni dünya ulduzu Snup Doqla "Coffee from Columbia" mahnısını oxuyub, klip çəkdirmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 865   Tarix: 15 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262