Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını qopardı
Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.
BiG.AZ-ın ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.
Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.
BiG.Az


Xəbərlər Baxılıb: 900 Tarix: 15 may 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş