Bakıda tələbənin öldürülməsi ilə bağlı cinayət İŞİ AÇILDI

Bakıda tələbənin öldürülməsi ilə bağlı cinayət İŞİ AÇILDI

Bakı İdarəetmə ve Texnologiya Kolleci Bakıda tələbələr arasında ölümlə nəticələnən dava ilə bağlı məlumat yayıb.

Kollecdən verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.

Bİg.Az ona-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Prokurorluğunda baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 325 Tarix: 15.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər