400 min avroya görə əllərini mişarladı

400 min avroya görə əllərini mişarladı

21 yaşlı gənc qız asan yolla varlanmaq üçün inanılmaz plan qurub.

BiG.AZ xəbər verir ki, Sloveniyalı qız əllərini böyük məbləğə 400 min avroya sığortalayıb. Daha sonra məbləği almaq üçün öz əlini biləyindən mişarlayıb.

Qıza bu işdə ailə üzvləri də kömək edib. Əlini biləkdən mişarla kəsən qızı xəstəxanaya çatdıraraq, bağda ağacları mişarlayarkən bədbəxt hadisə verdiyini bildiriblər.

Hüquq –mühafizə orqanları hadisə baş yerən əraziyə baxaraq, kəsilib atılmış əli taparaq, xəstəxanaya çatdırıblar. Həkimlər qızın əlini yerinə tikiblər. Sığrta isə həmin əməliyyatın pulunu ödəyərək, əlilliyə görə kompensasiya verməkdən imtina ediblər.

Polis hadisənin qəsdən törədildiyinin üstünü açıb. İstintaqdan sonra günahkarları 3 ildən 8 ilə kimi həbs gözləyir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 943 Tarix: 13.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər