"Naxçıvanın bir dənə üz qarası var, o da Naz Miladır" - Azərbaycanlı aparıcı ilə MÜSAHİBƏ

"Naxçıvanın bir dənə üz qarası var, o da Naz Miladır" - Azərbaycanlı aparıcı ilə MÜSAHİBƏLider televiziyasının aparıcısı Seyran Əliyevanın BiG.AZ-a müsahibəsi...

Neçə müddətdir aparıcı kimi fəaliyyət göstərirsiniz?

- Artıq bir ildən çoxdur ki, bu sahədəyəm. Uşaqlıqdan arzum aparıcı olmaq olub. Təəüssüf ki, atam bu günümü görmədi. Amma, anam hər efirdən baxanda mənimlə fəxr edir.

Nə üçün şou tipli veriliş seçdiniz?

- Mən şou-biznesə özümü daha yaxın hiss etmişəm. Aparıcı olmazdan öncə də şou-biznesdən tanışlarım çox olub. Düzünü deyim ki, ən böyük arzum polis olmaq idi. Ali təhsilim var. Qismət olmadı deyə, bu sahəni seçdim. Uşaqlıqdan aparıcı kimi evdə məşq edirdim.

Ailədə sizdən başqa bu sahəyə yaxın olan insan varmı?

-Xeyr, 3 bacı, bir qardaşıq. Hər kəs ayrı sahədə çalışır.

Qalmaqal yaşadığınız və yaxından dostluq etdiyiniz məşhur varmı?

-Qalmaqal deməzdim, amma mən şouya gəlməzdən öncə yaxın dostlarım vardı. Onlar daha sonra məndən uzaqlaşdı, mən efirə çıxandan sonra münasibət tamamilə dəyişdi. Səbəbi niyə belə oldu mən də bilmirəm. Aparıcı dostlarım vardı düşünürdüm mənə dəstək olacaqlar, amma tam əksinə... yaxın dostluğa qaldıqda isə anam və bacılarımdan başqa yaxın dostum yoxdur.

Gözəl xanımsız, yəqin ki, tez-tez sevgi təklifləri alırsız. Sosial şəbəkədən yazanlara necə reaksiya verirsiz.

-Təşəkkür edirəm, təbii ki olur. Gündə yüzlərlə belə yazanlar olur. Kefim olmayanda, boş-bekar olanda yazılanlara baxıram. Təkliflər gəlir, amma mənim üçün mənə maraqsızdır.

Sosial şəbəkədə heç vaxt tanış olmamısız?

-Xeyr, belə bir şey olmayıb. Sosial şəbəkədə sadəcə dostluq etmişəm.

Hazırda həyatınızda ciddi münaisbət qurduğunuz biri varmı?

-Xeyr, yoxdur.

Dini nikaha, yoxsa rəsmi nikaha üstünlük verirsiz?

-Sənəd üzərində olan sənin, onun və digərlərinin yanındadır. Amma dini nikah Allahın yanındadır. Mənim üçün önəmli olan Allahdır. Çox sevdiyim şəxs olarsa, rəsmi nikah olmadan dini nikahla ailə quraram.

Evli kişilərdən sevgi təklif almısınız?

-Olub, bəli. Mən dana bilmərəm. Dansam, mənə yazar ki, yalan danışırsan. Yalan danışmağı sevmirəm. Ona görə deyeə bilmərəm ki, yox heç vaxt belə şey ola bilməz. Sadəcə mən öz sevdiyimi kiminləsə paylaşa bilmərəm. Bilirdim o evlidir, mənimlə görüşündə boşanma ərəfəsində idi. Mənimlə evlənmək idi fikri... Övladı da var. Yenə də deyirəm mənə görə ayrılmırdı. Məndən öncə problemlər yaşayırdı ailəsi ilə... 1 il yarım münasibətim oldu.

Həmin şəxs öz xanımından ayrıldı?

-Ayrıldı deyəndə ki, sənəd üzərində yox, amma ayrı-ayrı evlərdə yaşayırlar. İndi məlumatım yoxdur. Uzun müddətdir əlaqə saxlamıram.

Bəs yenidən barışmaq istəyərdiz?

-Artıq yox, 2 il keçib. Onu qəbul etmərəm. Bəlkə də danışsaydım, indi ailə qurmuşdum. Ayrılığa səbəb söz-söhbətlər oldu.

Tez bezirsiz insanlardan?

-Bəli, sıxılmağı sevmirəm. Xoşlayıram sürprizləri, gəzməyi... mənə qadağalar qoyanda xoşuma gəlmir. Oğlan bir qızı əldə etmək üçün davamlı hədiyyələr alır, sürprizlər edir. Əldə etdikdən sonra artıq bunları etmir. Nə hədiyyə alır, başlayır qadağalar qoymağa. Belə şeyləri sevmirəm.

Belə başa düşdüm ki, azad olmaq istəyirsiz?

-Tam azad da, qadını buraxmaq olmaz. Qədərində olmalıdır.

Geyimlərə çox pul xərcləyirsiz?

-Deməzdim, mən əsasən yaraşmasına fikir verirəm. 20 manatlıq da, 50 manatlıq da paltarım var. Əsas odur mənə yaraşsın. Olub ki, çox bahalı geyinmişəm, dostlarım yaraşdırmayıb. Ona görə də marka önəmli deyil.

Qadınlarda və kişilərdə estetik əməliyyatlara necə baxırsız?

- Özümdə heç bir estetik əməliyyat etdirməmişəm. Təbiiliyi qorumaq şərti ilə lazım gələrsə etdirərəm. Qadınlarda pis baxmıram, amma əks cinsə çox pis baxıram. Mənim fikrimcə kişi kimi olmalıdır. Mən onlara kişi gözü ilə baxa bilmərəm, mümkün deyil.

Cinsi azlıqlarla dostluq edirsiz, onlara münasibətiniz necədir?

-Dostluq deməzdim, amma tez-tez rastlaşıram. Hamıyla necə onlarla da elə münasibət qururam. Onlara bir xəstəlik kimi baxıram. Yəni, o da Allahın bəndəsidir, sadəcə xəstə doğulub. Bu barədə geniş danışmaq istəmirəm.

Bildiyim qədəri ilə Naxçıvanda doğulmusuz. Tez-tez gedirsiz ora?

- Bəli, Naxçıvanlıyam. Demək olar ki, 2-3 aydan bir gedirəm. Naxçıvanlılarla fəxr edirəm, ancaq Naxçıvanın bir dənə üz qarası var o da, Naz Miladır.

Nəyə görə Naz Milanı Naxçıvanın üz qarası hesab edirsiz?

- O necə Naxçıvanlıdır, baş açmıram. Açıq-saçıq geyiminə görə bu fikirdə deyiləm, hər kəsin öz stili var. Sadəcə olaraq, bir qadın kimi qadınlığın qorumadığına görə sevmirəm.

Sonda oxuyacılarımıza deyəcəkləriniz varsa, buyurun.

-Bilirəm ki, səmimiyyətimdən sui istifadə edənlər olacaq. Dediklərimə görə qınayacaqlar. Amma başa düşün ki, hər kəsin şəxsi həyatı var. Hər kəs özü əməlinə görə cavab verəcək.

Səmimi müsahibə üçün təşəkkür edirik.

-Çox sağ olun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4372   Tarix: 10 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229