Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı - Dedilər toy gecəsi... - FOTO

Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı - Dedilər toy gecəsi... - FOTOİsmayıllıda 5 ayın gəlini yaşadığı evdə asılı vəziyyətdə tapılıb.

BiG.AZ milli.az-a istinadla xəbər verir ki, valideynləri və qohumları rayonun Qaraqaya kənd sakini olmuş Mahirənin ölümündə onun həyat yoldaşını ittiham edirlər. Mərhumun ailə üzvlərinin iddialarına görə təzə gəlini əri qısqanclıq zəminində qətlə yetirib.

Mahirənin dayısı "Gəl Dərdini Danış" verilişində mərhuma zülümlər verildiyini iddia edib:

Hamımız Mahirə gəlin köçəndən sonra İvanovkaya qonaq getdik. Ancaq mən oğlanı ora gələn görmədim. Çıxdım gördüm çöldə bir cavan uşaqla oturub. O dayanan yerdən də evinin içinə - qadınlar oturan yerə "xod" var idi. Sanki orada mühafizəçi kimi oturmuşdu ki, bu qız çölə çıxmasın. Kənddə gözümüzün qabağında böyüyən qız olub. Gəlirdi dayıynan necə görüşürdü əvvəl. Orada mən qızı gördüm, oğlan da qapının ağzında oturub tək çörək yeyirdi. Dedim "Sən niyə burada tək oturub çörək yeyirsən?". Cavab verdi ki, guya içəridə yer yoxdur. Amma rəhmətlik Mahirəni qapının arasından gördüm, baxdı mənə. Mən elə bildim ki, o mənə yaxınlaşacaq. Gördüm yox, çəkildi dala. Mən də gəldim ordan, heç kimə də heç nə demədim. Dedim bəlkə təzə gəlindi, söz-söhbət olar. Axırda onlardan çıxıb gələndə bu vaxtacan gəlib görüşməyib. Axı mən gedib görüşməliyəm, oradan kəndə gedirəm. Ora ilə buranın arasında hardasa 40 kilometr məsafə var. Yaxınlaşdım ki, görüşüm, rəhmətlik Mahirə qapının arasından mənə əl verdi. Oğlan da mənim arxamda durmuşdu. Mən onda hiss etdim ki, bu qızın günü gün deyil. Anladım ki, o qız gedən gündən qapılar arxasında saxlanılır. Elə bil hansısa cinayətkardır, məhbus kimi saxlayırdılar. Qız günü-gündən də qup-quru quruyurdu. Mən hiss edirdim ki, o oğlan normal adam deyil. Xoşbəxt ona ərə gələn ilk qızın ailəsidir ki, tez başa düşüb balasını qaytardı".

Təzə gəlinin atası da tükürpədici açıqlamaları ilə diqqət çəkib:

"Bilməzdim balamı belə zülümlə öldürərlər. Birinci gün bizə elçiliyə gələndə bizi aldatdılar. Dedi "Onsuz da biləcəksiniz, ilk evləndiyim qadını toy gecəsi qaytarmışam". Guya o qız uşağı çıxmayıb, toy gecəsi qaytarılıb. Amma yalandır. 40 gün o qızı (birinci həyat yoldaşını) da evində saxlayıb. Əvvəl bilməmişik. 40 gündən sonra qızın anası balasını qaçırdıb onlardan".

Mahirənin anası isə qızının ölüm xəbərini kürəkənindən aldığını bildirib:

"Biz xəstəxanaya çatanda qızımı morqa saldılar. Prokurorla girdik morqa. Elə bil qızım yuxuya gedib. Dodağı Babadağının qarı kimi idi. Boğazında təkcə ip izi var idi. Səhərdən öldürmüşdülər nə idi bilmirəm, təzə ölən bu dəqiqə soyumadı ki. Elə bil ki, qızımı don vurmuşdu. Heç vaxt mənim qızım özünü asmaz. Ona görə ki, o, namaz qılan, Quran oxuyan, Allaha inanan adam idi. Həmişə deyirdi ki, "Allahın işinə qarışmaq olmaz. Allah adama necə can verirsə, elə də alacaq. Mən kürəkəndən şübhələnirəm".

Qeyd edək ki, bəy toyunda Mahirənin cəmi bir dəfə rəqsinə icazə verib. Ailə üzvlərinin dediyinə görə, onlara qonaq gələn valideynlərini Mahirə əri Seyhunun icazəsi olmadan evə buraxmırmış. "Zəng edin Seyhuna deyin, sonra" deyirmiş.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4522   Tarix: 09 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888