Evdə Quranı saxlayan, amma onu oxumayan adam günah edirmi?

Evdə Quranı saxlayan, amma onu oxumayan adam günah edirmi?
Təəssüf ki, əksər evlərdə bu cür hala rast gəlirik. İnsanlar Quranı dolabın yuxarısında bahalı ipək parçaya büküb saxlamaqla Müqəddəs Kitaba olan hörməti layiqincə yerinə yetirdiklərini düşünürlər. Amma Quran bükülü halda saxlanmaq, yalnız yas məclislərində oxunmaq üçün deyil, müsəlmanların daim müraciət etmələri, öyrənmələri üçün endirilib. Hədisdə deyilir ki, qiyamət günündə üç məxluq Allaha şikayət edəcək: camaatın gedib-gəlmədiyi və xarabalığa çevrilmiş məscid, oxunmayan və toz basmış Quran, cahillərin əhatəsində qalan və elmindən istifadə edilməyən alim.

Ərəb dilini bilməyən adam heç olmazsa Quranın azərbaycan dilinə tərcüməsini oxuyub tanış olmalıdır. Evdəki ərəb dilində Quranı bir nəfər ruhaniyə verib xahiş etmək olar ki, bir neçə səhifə oxusun və tərcüməsini söyləsin. Ya da Quranı hər neçə vaxtdan-bir qohum-qonşuda ərəb dili bilən adama verib oxumasını xahiş etmək olar.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İslam Oxunub: 650 Tarix: 07.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol