Oruc tutmaq zehni inkişaf etdirir

Oruc tutmaq zehni inkişaf etdirirRamazan mənəvi cavanlaşma ayı sayılır. İslamın beş şərtlərindən biri olan orucluğa düzgün yanaşılsa, ondan çoxsaylı faydalar əldə etmək olar. Bizim pəhrizlə bağlı vərdişlərimiz dini etiqadımızla həmahəng olanda enerji mənbəyinə çevrilə, bizim şüurumuzu, bədənimizi və ruhumuzu zənginləşdirə bilər.

Ramazanda tutulan orucun aşağıdakı üstünlükləri var:

Orqanizmin istirahəti

İftar ərəfəsində adam özünü süst hiss etsə də, əslində, oruclu olduğu müddətdə daxili orqanlarımız gündəlik yüklənmədən dincəlir. Qida və maye qəbulundan imtina etməklə, beyin qidanın həzm olunması üçün nəzərdə tutulan enerjini orqanizmin digər funksiyalarına yönəldir.

Detoksikasiya. Orqanizm həzm prosesindən dincələn zaman, əsas diqqəti bədənin toksinlərdən təmizlənməsinə və özünübərpaya yönəldir.

Xroniki xəstəliklər riskinin azalması: Amerika Müalicəvi Qidalanma Jurnalında dərc olunmuş Krist A. Varadi və Mark K. Hellerstaynın başçılığı altında aparılmış "Alternativ ac qalma və xroniki xəstəliklərin profilaktkası: heyvanlar və insanlar üzərində aparılan sınaqların icmalı" adlı tədqiqat haqda məqaləyə görə, Ramazan ayında tutulan oruca analoji olaraq bir həftə ərzində fasiləsiz şəkildə saxlanılan pəhriz ürək-damar xəstəlikləri, diabet və xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

Beynin müdafiəsi: Kaliforniyanın Skripps Elmi-Tədqiqat İnstitutunun immunologiya və mikrobiologiya kafedrasının Alirezai M.İ və digər alimlərin (Alirezaei M1, Kemball CC, Flynn CT, Wood MR, Whitton JL, KiossesWB.) başçılığı altında apardığı tədqiqat göstərib ki, oruc tutan zaman insanın orqanizmində beynin hüceyrədaxili immunitet mexanizmi işə düşür. Bu isə öz növbəsində beyin hüceyrələrinin stress faktorlarından qorunma funksiyasını aktivləşdirir.

Tədqiqatda qeyd olunur ki, oruc tutan zaman ac qalmaqla insanın bədənində "neyron autofagiya" mexanizmi işə düşür. Bu mexanizmə görə, ac qalan vaxt, hüceyrələr zədəli orqanelləri və köhnə zülalları məhv etməklə özünü bir növ detoksikasiya edir, zərərli zərrəciklərdən təmizləyir.

Başqa bir tədqiqata görə, ac qalmaq beynin neyrotrofik faktorunu (brain neurotrophic factor BDNF) artırır. Bu isə hafizənin güclənməsinə, öyrənmə prosesinin yaxşılaşmasına, analitik bacarıqların artımına vəsilə olur. Aşağı BDNF səviyyəsi daha çox altsheymerdən əziyyət çəkən xəstələrdə müşahidə olunur.

Qida həzmində iştirak edən hormonların nizamlanması:

Oruc tutan adamın orqanizmində insulin, leptin və qrelin normal səviyyəyə düşür. İnsulin qanda şəkər səviyyəsini normada saxlamağa imkan verən hormondur, leptin toxluq, qrelin isə aclıq hormonudur. Bu hormonların miqdarının nizamlanması o anlama gəlir ki, bədən həmin hormonlara daha həssas olur və orqanizmin öz funksiyalarını yerinə yetirməsi üçün külli miqdarda hormona ehtiyac qalmır.

İnsulinə qarşı tolerantlıq diabet şəklində özünü biruzə verə bilər, leptin və qrelinə qarşı tolerantlıq isə piylənməyə yol aça bilər. Mədənin qrelin hormonu iştahı artırır, eyni zamanda, beyində yeni hüceyrələrin artımını stimullaşırır, onu qocalmanın fəsadlarından qoruyur. Oruc tutan bəzi adamların, oruc vaxtı diqqətlərinin itiləşməsini demələrində bu baxımdan həqiqət var.

Aclıq hormonu sayılan qrelinin iş mexanizmi belədir: bir neçə saat ac qaldıqdan sonra, yəni mədə tam boşaldıqdan sonra, bu prosesə cavab olaraq qanda qrelinin miqdarı artır.

Ayrı-ayrı tədqiqatlarda isbat olunub ki, yüksək qrelin səviyyəsi qavrama, öyrənmə, hafizəyə müsbət təsir göstərir, beyində neyron bağlarının miqdarını artırır; neyron bağlar, məlum olduğu kimi, insanın analitik bacarıqlarının artırılması baxımından əsas mexanizm sayılır.

Böyük Britaniyanın Suonsi Universitetindən olan Ceffri Devis və onun komandası qrelinin beyin hüceyrələrinin parçalanması və çoxalması prosesini - yəni neyrogenezi stimullaşdırdığına dair daha bir elmi sübut tapıb. Onlar laborator şəraitdə beynin hüceyrələrinə hormon əlavə edən zaman bunun (neyrogenez prosesini işə salan) fibroblastların artımı faktorunu aktivləşdirdiyini görüblər. Qrelinin bu effekti C.Devisin dediyinə görə, hafizəyə yaxşı mənada təsir göstərir. Alimin başçılığı altında aparılan tədqiqatın nəticələri Britaniya Neyro-Elmi Assosasiyasının Konfransında təqdim olunub.

Hesab olunur ki, beynin gənc hüceyrələri yeni yaddaşın formalaşmasına vasitəçilik edir. Bu, cavan beyin hüceyrələrinin impulslara daha çevik reaksiya verməsi ilə izah olunur.

"Bu neyronlar qocalardan fərqli olaraq, daha asan aktivləşir və yeni xatirələrin hafizəyə həkk olunması prosesində iştirak edir", - deyə Devis bildirib.

Bu hələ harasıdır, məhdud kalorili pəhriz həm də ömrü uzadır

Bu tədqiqatların nəticəsi bir sıra neyrodegenerativ xəstəliklərin, o cümlədən, Parkinson xəstəliyinin müalicəsində mühüm rol oynaya bilər. Parkinson xəstəliyi zamanı, məlum olduğu kimi, beyin hüceyrələri itirilir. Buna qədər aparılmış tədqiqatlar, o cümlədən, Devisin tədqiqat qrupunun apardığı elmi təcrübələr göstərib ki, qrelin Parkinson xəstəliyinin bir formasından qorunmağa kömək edə bilir.

Növbəti eksperimentlərin gedişində Devisin komandası qrelinin Parkinson xəstəliyini təqlid etməsi təklif olunan beyin hüceyrələrini mühafizə etdiyini üzə çıxarıb. Devisin həmkarı Amanda Hornsbi təcrübədə iştirak edən demensiyalı 28 könüllünün hər birinin qanında qrelin miqdarının normadan aşağı olduğunu müəyyən edib. Tədqiqatın nəticəsi onu göstərir ki, qrelin və oxşar şəkildə fəaliyyət göstərən digər kimyəvi maddələrdən Parkinson xəstəliyinin müalicəsində istifadə etmək olar.

Fasiləli oruc

Müntəzəm olaraq pəhriz saxlayan insanlarda (qəbul etdiyi kalorilər tövsiyə olunan gündəlik rasiondakından 25 faiz az olan pəhriz nəzərdə tutulur) qanda normal şəkər səviyyəsi müşahidə olunur. Bu cür qidalanma həm də, koqnitiv bacarıqları yaxşılaşdırır. Habelə, alimlər bu məsələdə iki cəbhəyə bölünür. Bəzi tədqiqatçılar aşağı kalorili pəhrizin, əksinə, insanın zehnini zəiflətdiyini iddia edir.

Məhdud kalorili pəhrizin bəzi faydalarından yararlanmağa çalışan insanlar fasiləli oruc tutur. Məsələn, 5-2 sistemi ilə; yən beş gün ərzində normal qida rasionu qəbul edirlər, növbəti iki gündə isə aşağı kalorili qidalarla qidalanırlar (günə təxminən 500 kalori), beləcə orqanizmdə qrelin miqdarını artırırlar. Almaniyanın Münhen Texniki Universitetindən olan Nikolas Kunatın bildirdiyinə görə, yeni beyin hüceyrələrinin daha effektiv fəaliyyətinə bir neçə gün və ya həftə tələb olunur. Ona görə insanlar müvəqqəti aclığın onların zehni qabiliyyətlərini dərhal artıracağını gözləməməlidirlər.

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 1492   Tarix: 04 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956