Rinqə hicabsız çıxdığı üçün idmançını həbs gözləyir

Rinqə hicabsız çıxdığı üçün idmançını həbs gözləyir

İranlı qadın döyüşçü Sədəf Hademin həbs olunması haqda qərar qəbul edilib.

BiG.AZ xəbər verir ki, Beynəlxalq boks yarışında qələbə qazanan ilk iranlı qadın olan idmançı rinqə hicabsız və idman geyimində çıxıb. İran qanunlarına əsasən, o rinqə başı bağlı və bədənini tamam örtən geyimdə çıxmalı idi.

Bundan başqa, məşqçisinin kişi olması da daha bir qanun pozuntusu hesab edilir. Sədəf və məşqçisi Mahyar Monşipur vətənə qayıtmaqdan imtina ediblər və boks yarışında iştirak etdikləri Fransa hökumətindən sığınacaq istəyiblər.

Rinqə hicabsız çıxdığı üçün idmançını həbs gözləyir

Rinqə hicabsız çıxdığı üçün idmançını həbs gözləyir

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1041 Tarix: 03.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol