İnsanı tez qocaldan faktorlar – Allergiya, dieta, tənhalıq...

İnsanı tez qocaldan faktorlar – Allergiya, dieta, tənhalıq...Elm və tibb hələ insan orqanizminin təbii qocalma amilinin qarşısını almaqda aciz olsa da, aparılan bir çox araşdırmalar bir çox insanlarda daha erkən qocalmanın səbəblərini aşkar etməyə çalışır. Maksimum gec qocalmaq üçün çalışmaq inşanın öz əlindədir. Lakin elə səbəblər var ki, istər-istəməz mənfi təsirini göstərməklə, insanı daxilən, zahirən qocaldır.

BiG.AZ medicina.az-a istinadən xəbər verir ki, bu 7 faktoru nəzərinizə çatdırır.

1.Siqaret və daimi stress

Uzun müddət siqaret çəkmək, tütün, xüsusən qadınlarda cəmi 5 ilin içərisində 10 il qocalma prosesini irəlilədərək, zahirən qocalıq əlamətlərini artırır. Alimlər son araşdırmalarla sübut edib ki, nəinki çəkənlər, həmçinin siqaret çəkənlərin 2-3 metr dianmetrində olan insanlar da nikotindən zəhərlənərək qocalmağa başlayır.

Yəni ailədə ər çox siqaret çəkirsə, onun arvadının cavan və gözəl qalması mümkün deyil.

2.Allergiya

Müasir tibbin hələ də qarışısında aciz qaldığı qlobal problemlərdən biri allergiya immun sistemin anomal aktivliyi, ətraf mühitdən allergenlərə reaksiyasıdır.
Daim ağır allergiyalardan əziyyət çəkənlər dermatit, bronxial astma kimi xəstəliklərə tutulurlar ki, bu da orqanizmi qocaldır. Allergen insanlar öz yaşıdlarından həmişə bir neçə yaş böyük görünür.

Selikli qişaların xroniki iltihabı, gözləri şişkinliyi, qızarması, dəridə qaşınma dərinin tündləşməsi, piqmentasiyasının pozulması, qırışların artmasına, gözlərin daha yaşlı görünməsinə səbəb olur.

Allergiyası olan insanlar daha gənc yaşlardan kosmetoloq müalicələrindən keçməlidir.

3.Yuxusuzluq

Sutkada 8 saatdan az yatan, xüsusən gecə yarıya kimi oyaq qalıb, səhərəyaxın yatanlar tez qocalır, ömrünü azaldır.
Eləcə də çox yatanlar, yataqda, divanda çox uzananlar da nəinki tez qocalır, həmçinin tez ölür.
Məsələn, 70-80 yaşında çanaq-bud sümüklərini yıxılaraq sındıran yaşlılar 1-2 il ərzində ölür. Səbəb isə çıxıq yox, həmin insanların hərəkətsiz uzanmasıdır.

4.Çəkinin artıb – azalması

Ömrünün çox hissəsində stabil çəkisi olmayanlar, kökəlib arıqlayanlar, ciddi pəhriz saxlayanlar daha tez qocalır. Xüsusən 50 yaşdan sonra insanda kifayət qədər yağ toxuması yoxdursa, o insan tez-tez xəstələnir, yaşıdlarından daha zərif görünür.

5.Təqaüdə çıxmaq və az pensiya

Ömür boyu çalışan, kollektiv mühitdə olan insanın birdən təqaüdə çıxarılması ağır psixoloji zərbədir. Bu, onun beyninə də mənfi təsir edir. Belə adamlar mütləq zehni və fiziki aktivliyini qorumalı, nə iləsə məşğul olmalıdırlar. Əks təqdirdə tez qocalıb, xəstəliklərlə mübarizə aparacaqlar. Eləcə də çox qazanmağa meyilli insanlar az pensiya məbləğinə məcbur qalanda, onlar dərin depressiyaya düşür, 1 ilin içində zahirən çox qocalırlar.

6.Tənhalıq

Təklik, ətrafdan təcrid olunma ömrü qısaldır, insanı sürətlə qocaldır. Müəyyən yaşdan sonra yaşlı insanlar təkcə ailə ilə kifayətlənməyib, özlərinə qruplar, yaşıdlarından ibarət tanışlar tapmalı, maksimum cəmiyyətdə olmalıdırlar. Hətta xəstə yaşlı insanı belə, sakitlik yaxşıdır deyib tənhalığa təslim etmək olmaz.

7.Şəkər və şirniyyat

Ağ un, şəkər, çox mirdarda yüngül karbohidratlar qəbul edən insanlarda qocalma prosesi sürətlə gedir. Həmçinin müasir qidalanma piylənmə, şəkər xəstəliyi yaradır, yaşlandıqda isə artrit və artroz qaçılmaz olur. Ona görə gəncliyinizdə şirniyyat həvəskarı olsanız da, 35 yaşından sonra şirniyyatı, ağ unu, makaronu qidanızdan yavaş-yavaş çıxarın. Bu qanda qlükoza, insulinin miqdarını normadan saxlayacaq və sizi tez qocalmaqdan qoruyacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1242   Tarix: 30 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439