Şengen vizası verilmə qaydalarında dəyişikliklər olacaq

Şengen vizası verilmə qaydalarında dəyişikliklər olacaqŞengen zonası ölkələrinə qısamüddətli səfər üçün vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq. Bahalaşma bir sıra dövlətlərin vətəndaşlarına şamil olunmayacaq.
Bu barədə "RİA Novosti" Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Məbləğdəki kiçik artım Şengen sazişinə üzv olan dövlətlərin təhlükəsizliyə nəzarəti gücləndirməsi üçün bütün dünya üzrə konsulluq personalının lazımi sayda olmasının təmin edilməsinə imkan verəcək", - deyə agentlikdən bildiriblər.
Həmçinin, qeyd olunur ki, yeni qaydalara görə, "müsbət viza tarixçəsi" olan səyahətçilər mərhələli şəkildə etibarlılıq müddəti bir ildən beş ilə qədər artan təkrar viza əldə edə biləcək.
Bundan başqa, Şengen vizası üçün ərizənin təqdim olunma müddəti iki dəfə artırılacaq (planlaşdırılan səyahətdən altı ay əvvəl təqdim edilməli olacaq).
Bəzi ölkələrdə ərizəni konsulluğun saytından elektron şəkildə təqdim etmək mümkün olacaq. Yetkinlik yaşına çatmamış 6-18 yaşlı xarici vətəndaşlar üçün Şengen vizasının tam pulsuz olacağı gözlənilir. Yeni qaydaların qüvvəyə minməsi üçün onun Avropa İttifaqı Şurası tərəfindən rəsmi qaydada təsdiq olunmalıdır.  
Qeyd olunur ki, viza rüsumundakı artım Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən, Azərbaycanla bağlanmış sadələşdirilmiş viza rejimi haqqında müqaviləyə əsasən, tətbiq olunan 35 avroluq kiçik viza rüsumuna şamil olunmayacaq.

/oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 896   Tarix: 30 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya vətəndaşları istirahət üçün Gürcüstan əvəzinə Türkiyəni seçəcəklər

Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu səyahətlərin təşkili xidməti - "OneTwoTrip"in mütəxəssisləri bildiriblər. Onlar Gürcüstanın əvəzin

27.06.2019 4300
.

Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"

"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var

27.06.2019 2583
.

Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Malayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir. AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır. Səfirlikdə

26.06.2019 3329
.

ABŞ-ın yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacağı bəyan edilib

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib. "Report" xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib. "ABŞ 23 il bundan əvvə

26.06.2019 3193
.

Dubaya qayıdış

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi

26.06.2019 3627
.

"Yanardağ" Qoruğunda qiymət dəyişikliyi - YENİ QİYMƏTLƏR

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqus

26.06.2019 2977
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

Avia biletlərin satışı başlayıb

Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür

25.12.2020 4539