Yaşamaq üçün ən bahalı ölkələrin siyahısı

BiG.AZ Finans.az-a istinadən daşınmaz əmlakın dəyəri, nəqliyyat və kommunal, həmçinin əsas ehtiyaclar üzrə xərcləri özündə əks etdirən yaşamaq üçün 10 ən bahalı ölkənin reytinqini təqdim edir:
10.İrlandiya.[img]https://finans.az/storage/photo/46dd4dde-89c9-45d1-afe8-109bedf979c9.jpg" alt="Yaşamaq üçün ən bahalı ölkələrin siyahısı" class="imgbcode" />Bu ölkədə yüksək immiqrant faizi yerli əhalinin gələnlərə qarşı tolerant və xeyirhax davranması ilə əlaqədardır. Çoxlarını tibbi təminat cəlb edir ki, bura da tibbi yardımı pulsuzda ələd etmək olar və sığorta almaq mütləq deyil. Dublinin mərkəzində mənzil kirayəsi aylıq 1,5 min dollar, kənarda – 1,2 min dollardır. Şəxsi mənzilin 1 kvadratmetri 5,6-8 min dollar təşkil edir. Ölkədə minimum əmək haqqı bir saat üçün 11 dollar, təqaüd isə orta hesabla 1800 dollardır.
9.CənubiKoreya.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıŞəxsi mənzilin 1 kvadratmetri 4 min dollardan başlayır, baha əmlak üçün 20 min dollara kimi çatır. Buna görə hətta yerli əhali kirayəyə üstünlük verir, çünki 1 otaqlı mənzilin kirayəsi 350-880 dollar arasında dəyişir. Çörək 2 dollara, 1kiloqram alma 3 dollara başa gəlir.
8.Honq-Konq.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıÇinin Cənub-Şərqində yerləşən inzibati rayondur və ayrıca dövlət kimi qəbul edilir. Burada orta aylıq məvacib 2-3 min dollar həddindədir. Mənzillərin satış qiymətləri 20 min dollardan başlayır, buna görə kirayələmək daha sərfəlidir. Ən bahalı rayonlar Nikolson, Kemeron, Ostin və Kelletdir. Məhz bu ərazidə tarixdə ən bahalı ikimərtəbəli villa satılıb. Belə ki, çoxda böyük olmayan ev alıcıya 446 milyon dollara başa gəlib.
7.Danimarka.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıBu ölkə stabil siyasi, iqtisadi və sosial sistemlə tanınır. Burada orta aylıq gəlir vergilər çıxıldıqdan sonra 5 min dollar təşkil edir. Bir kvadratmetrin qiyməti 3,5-5 min manat təşkil edir. Xaricilər üçün əmlak alınması 1% həddində vergiyə cəlb olunur. Bir nəfərlik kiçik mənzili 950 dollara kirayələmək olur. Ölkədə 0,33 litrlik su şüşəsi 3 dollara, 1 litrlik süd paketi isə 2 dollara başa gəlir.
6.Yaponiya.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıBi iri iqtisadi ölkə pul qazanmaq istəyən immiqrantları cəlb edir. Elektronika istehsalı üzrə lider olan bu ölkədə İTsahənin müəxəsislərinə xüsusi dəyər verilir. 378 min kvadrat metrlik sahəsi olan Yaponiyada 126 milyondan çox insan yaşayır. Elə də böyük olmayan bir ərazidə əhalinin daima artması kiçik sahəli mənzillərin sayının artmasına gətirib çıxarıb. Kiçik 1 otaqlı mənzilin kirayəsi üçün Tokioda 440-1300 dollar ödənilir. Şəxsi kvadratmetrlərin alınması isə 10dəfə baha başa gələcək. Orta aylıq əməkhaqqı 2 min dollar təşkil edir. Yerli ənənəvi məhsullar olan lobya, balıq, əriştə ucuz başa gəlsə də, 1 kq. soğanın qiyməti mövsümdən aslı olmayaraq 3-4 dollardır.
5.Lüksemburq.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıBu ölkə dünyanın ən varlı ölkələri reytinqində Qətərdən sonra ikinci yerdə gəlir. Şəxsi mənzilin alınması 1 kvadratmetr üçün 7,5 min dollar, kiçik mənzilin kirayəsi 1,2-1,65 min dollar təşkil edir. Nahar 19 dollara, kapuçino 3 dollara başa gəlir. Fiziki şəxslərin gəlirlərinə vergi 39%-dir ki, bu da büdcəyə ciddi şəkildə təsir edir. Buna baxmayaraq yaşamaq üçün yüksək qiymətlər gəlirlərlə kompensasiya edilir. Burada Avropa İttifaqında minimal əməkhaqqı üçün ən yüksək planka qoyulub. Belə ki, minimal aylıq əməkhaqqı 2370 dollar, orta – 4 min dollar təşkil edir. İnflyasiya demək olar ki sıfır həddindədir, işsizlik isə 6%-dir.
4.Bahamadaları.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıBaham adalarında istirahət uzun illərdir bəbdəbəni xarakterizə edən sabitləşmiş ifadədir. Həyat səviyyəsi burada həqiqətən yüksəkdir, lakin bir çox inkişaf edən ölkələrdə olduğu kimi məhsullar xaricdən idxal edilir və əsasən brenddir və kifayət qədər bahalıdır. Orta statistik mənzil üçün kommunal xidmətlərin dəyəri şəhərlərdə 300 dollara yaxındır. Yox əgər mənzil kirayələnirsə o zaman ayda 800-1200 dollar ödəmək lazım gəlir. Şəxsi mənzilin 1 kvadratmetrinin qiyməti 900-1600 dollar təşkil edir.
3.Norveç.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıBMT-nin ümumdünya xoşbəxtlik haqqında hesabatına əsasən bu ölkənin əhalisi Finlandiyalılardan sonra ikinci yerdə gəlir. Bu xoşbəxtlik üçün isə yüksən dəyər ödəmək gərəkir. Oslonun mərkəzində kirayə mənzil 1,2-1,6 min dollara, şəxsi kvadratmetrlər isə 6,5-9,5 min dollara başa gəlir. İT-sahəsində və neftemalı sənayesində yüksək səviyyəli mütəxəsislərin aylıq gəliri 15-20 min dollara çatır. Ölkə məhsulların böyük hissəsini idxal etdiyinə görə qiymətlər də baha olur.
2. İslandiya.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıYaşamaq üçün ən bahalı ölkələr – TOP 10
Yerli sərt hava şəraiti bu ölkədə infrastrukturun inkişafı üçün maneə olmayıb. "Qlobal sülh indeksi - 2018" hesabatına əsasən İslandiya dünyanın ən təhlükəsiz yeridir. Lakin yaşamaq burada çox baha başa gəlir. Beləki iki nəfərlik biznes lanç restoranlarda orta hesabla 100 dollardan baha olacaq. Şəhər mərkəzində mənzilin 1 kvadratmetri 4-5 min dollar, şəhər ətrafı ərazilərdə 3-4 min dollar olacaq. Mənzillər taunhauslara və şəxsi evlərə nisbətən daha ucuz başa gəlir. Sonuncular burada çox populyardı və individual layihələr üzrə tikilir. İslandiyada vergiyə cəlb olunma birbaşa olaraq məşğulluq formasından asılıdır. Belə ki, QSC-lərin sahibləri dövlətə mənfəətin 5%-ni, özəl sahibkarlar gəlirin 38%-ni ödəyirlər.
1.İsveçrə.Yaşamaq üçün ən bahalı ölkələrin siyahısıBirinci il deyilki yaşamaq üçün ən bahalı dünya ölkələri reytinqinə İsveçrə başçılıq edir. Bu ayın məlumatlarına əsasən şəhər mərkəzində özəl mənzililn bir kvadratmetri 10-11 min dollara, kənarlarda – 8 min dollara başa gəlir. Kiçik mənzilin kirayələnməsi üçün aylıq 2 min dollardan keçmək gərəkir. Şəhərdə avtomobilin parklanması üçün yerə görə isə 600-1000 dollar ödənilir. Bütün bunlara baxmayaraq əhalinin dörddə bir hissəsi daimi yaşamaq icazəsi olan gəlmələrdir. Bu ölkədə yüksək məvacib verilir, lakin gəlirlərin 25%-ni (pensiya fonduna ödəmələr, vergilər və icbari sığorta) dövlətə vermək gərəkir. Yerli əhali vergiləri və kreditlər üzrə ödəmələri nəzərə almaqla yaşayış sahəsini kirayələməyə üstünlük verirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 878   Tarix: 30 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropada turizm mövsümü açıq elan edilib - VİDEO

Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını

12.05.2021 1904
.

Əliövsət Əliyev "Türkiyə üçün vizanın ləğvi Azərbaycanda turizmin inkişafına təsir göstərəcək."

Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi, şübhəsiz ki, Azərbaycanda turizmin inkişafına təsir göstərəcək. Bunu -a müsahibəsində Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev deyib. Ə.Əliyevin sözlərinə görə, bu, ilk növbədə, iki ölkə arasındakı qardaşlıq münasibətlərin

29.07.2019 3527
.

Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib

Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir. -a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub. Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bila

29.07.2019 4411
.

Bakı "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısında

Bakı şəhəri UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin "dizayn" tematikası üzrə siyahıya salınıb

05.11.2019 4076
.

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. "İzvestiya"nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 500-1500 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-

22.07.2020 2717
.

Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi "Instagram" hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb. -a istinadən xəbə

29.07.2019 4006
.

Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir

Gürcüstan vətəndaşlarının səyahət üçün üstünlük verdiyi ölkələrin adı açıqlanıb. -ın xəbərinə görə, Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin üçüncü rübünə aid məlumat yayıb. Məlumata əsasən, Azərbaycan bu ölkələr arasında ikinci pillədədir. Buraya gələn gürcü turistlər 16,8% təşkil edirlər

27.11.2019 4857
.

Azərbaycanın beynəlxalq hava limanları 2019-cu il üçün 2,4 milyon sərnişinə xidmət göstərib

Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil edib. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları"

29.07.2019 3248
.

Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"

"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var

27.06.2019 2583